Binəli Yıldırım, Türkiyənin baş naziri

Türkiyənin Baş naziri Azərbaycana gəlir

21
(Yenilənib 11:07 03.06.2016)
Binəli Yıldırımın Azərbaycan prezidenti İlham Əliyevlə, habelə azərbaycanlı həmkarı Artur Rəsizadə ilə görüşü planlaşdırılır

BAKI, 3 iyun — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım bu gün Azərbaycana səfər edəcək. Birgünlük rəsmi səfər çərçivəsində Türkiyə hökumətinin rəhbərinin Azərbaycan prezidenti İlham Əliyevlə, habelə azərbaycanlı həmkarı Artur Rəsizadə ilə görüşü planlaşdırılır.

21
Teqlər:
Artur Rəsizadə, İlham Əliyev, səfər, Azərbaycan, Binəli Yıldırım, Türkiyənin baş naziri
Əlaqədar
İlham Əliyev Binəli Yıldırımı təbrik etdi
Binali Yıldırım AKP sədri seçilib
Baş nazirdən Almaniyaya sərt etiraz
Türkiyənin Baş naziri Azərbaycana səfər edəcək
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana gələcək
ABŞ Prezidenti Donald Tramp

Donald Tramp qələbə qazanacağına çox əmindir

19
"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olacaq birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

BAKI, 24 oktyabr — Sputnik. ABŞ Prezidenti Donald Tramp prezident seçkilərində liderlik şansını dəyərləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o qarşıdan gələn seçkilərdə qələbə çalacağını dilə gətirib.

"Floridada keçirilən seçkiqabağı mitinq ikinci olan birinin çıxışı deyildi, düzdür?" - Tramp sual edib.

Eyni zamanda Ağ Evin rəhbəri 4 il əvvəlki seçki kampaniyasının indikindən geri qaldığını qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp prezident seçkilərində artıq erkən səs verib.

ABŞ-da prezident seçkiləri noyabrın 3-ü keçiriləcək. Prezident Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından olan keçmiş vitse-prezident Cozef Baydendir.

19
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva

Ekspert: “Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər”

18
(Yenilənib 10:50 24.10.2020)
Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva deyir ki, bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur
Aygül İsayeva: “İnsanlar səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar”

Oktyabrın 31-də Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Beynəlxalq Qafqaz Universitetinin Assosativ Professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-a deyir ki, bu gün siyasi fəal olmayan insanlar belə səslərinin ölkədə baş verənlərə ciddi təsir edəcəyini anlayırlar:

“Düşünürəm ki, Gürcüstan azərbaycanlıları parlament seçkilərində aktiv iştirak edəcəklər. Bəzi təşkilatların keçirdiyi sorğuya əsasən 70 faizə yaxın insanın səsvermədə iştirak etməsi gözlənilir. Ümumiyyətlə əvvəlki illərlə müqayisədə həm seçicilər, həm də namizədlər arasında aktivlik hiss olunur. Bu il parlamentə namizədliyini verən azərbaycanlıların sayı əvvəlki illərlə müqayisədə çoxdur, bu, çox yaxşı haldır. Ancaq təəssüf ki, eyni dairədən namizədliyini verən azərbaycanlılar, həm də bir-birinə rəqibdirlər”

Aygül İsayevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

18

Cəbhəboyu ərazilərdə raket, top mərmiləri dronlar zərərsizləşdirildi

0
Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Beyləqan, Füzuli, Goranboy, Naftalan və Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 34 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 1 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a bildirilib ki, daxil olmuş 35 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Hüsülü, Muğanlı, Rəncbərlər, Təzəkənd kəndləri, Ağdam rayonunun Alıbəyli kəndi, Quzanlı və Səfərli qəsəbəsi, Bərdə rayonunun Qazaxlar və Təhlə kəndləri, Beyləqan rayonunun Dünyamalılar kəndi, Füzuli rayonunun Alxanlı kəndi, Goranboy rayonunun Təklə kəndi, Naftalan rayonunun Qaşaltı, Tərtər rayonunun Azadqaraqoyunlu, Düyərli, Köçərli, Qazyan, Xoruzlu kəndləri, Şıxarx qəsəbəsi, M.Ə.Sabir və Nizami küçələrinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 9 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 31 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 2 ədəd raket, 8 ədəd top mərmisi və 2 ədəd dron zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 14 496 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə