Ənənəvi Osmanlı paltarları geyinmiş Mehter üzvləri İstanbulda Alman səfirliyi qarşısında etriraz aksiyası keçiriblər

Türkiyənin siyasi partiyaları Bundestaqın qətnaməsini pisləyən birgə bəyanat qəbul ediblər

19
(Yenilənib 10:12 03.06.2016)
Bəyanatda qətnamənin səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.

BAKI, 2 iyun — Sputnik. Türkiyənin iqtidar Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Xalq-Cümhuriyyət Partiyası siyasi və Milliyyətçi Hərəkat Partiyası Almaniya Bundestaqının uydurma “erməni soyqırımı”nın tanıması ilə bağlı qətnaməsini pisləyən birgə bəyanat yayıblar.     

APA-nın məlumatına görə, birgə bəyanatda deyilir: “Biz, Türkiyə xalqının nümayəndələri, Almaniya parlamentinin ermənilərin Osmanlı dövlətində 1915-ci ildə baş vermiş köçürülmə prosesi barədə əsassız iddialarına əsaslanan ədalətsiz qərarını qəbul etmirik və qəti pisləyirik. Bu qətnamə və hüquqi, nə də tarixi baxımdan əsaslandırılmayıb”.  

Bəyanatda qətnamənin  səhv olduğu və iki dövlət arasındakı dost əlaqələrə xələl gətirərək, Türkiyə-Almaniya münasibətlərinə təsirsiz qala bilməyəcəyi qeyd olunur.  

Qeyd edək ki, kürdyönümlü Xalqların Demokratiyası Partiyası (HDP) üç partiya tərəfindən qəbul olunan bəyanatı imzalamaqdan imtina edib.  

Xatırladaq ki, Almaniya Bundestaqı bu gün uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

Türkiyə Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlunu məsləhətləşmələr üçün geri çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Almaniya parlamentinin qərarının Almaniya-Türkiyə əlaqələrinə ciddi şəkildə təsir edəcəyini bildirib.

19
Mövzu:
Almaniyanın qondarma "erməni soyqırımını" tanıması (10)
Azərbaycan və Türkiyə XİN başçıları Ceyhun Bayramov və Mövlud Çavuşoğlunun görüşü

Yeni nazir xarici siyasətin əsas prioritetini açıqladı

24
(Yenilənib 16:59 11.08.2020)
Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

BAKI, 11 avqust — Sputnik. Azərbaycanla Türkiyə arasında münasibətlər ölkəmiz üçün olduqca vacib istiqamət və prioritetdir, biz bunu həmişə qeyd edirik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Ankarada rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, ölkələr arasında münasibətlər olduqca genişdir və demək olar ki, bütün sahələri əhatə edir.

"Bu günə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənəd imzalanıb, 29 əlavə müqaviləyə baxılır və düşünürəm ki, onlar yaxın günlərdə imzalana bilər. Bütün sahələrdə münasibətlər çox dinamik inkişaf edir. 2019-cu ildə ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 33 faiz artıb, 2020-ci ildə çətin şərtlərin olmasına baxmayaraq, ilk beş ayda ticarət dövriyyəsində 20 faiz artım olub. Azərbaycan kapitalı olan 2 minə yaxın şirkət Türkiyədə çalışır. Azərbaycanda isə 4 min Türkiyə şirkəti fəaliyyəti göstərir və bu günə qədər iqtisadiyyatımıza 12,6 milyard ABŞ dolları investisiya qoyublar", - deyə Ceyhun Bayramov qeyd edib.

Azərbaycanın Türkiyə və türk xalqının yanında olduğunu vurğulayıb: "Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır".

24
Bakıda Azərbaycan və Serbiya nümayəndələri arasında görüş

Bakıda Azərbaycan Serbiya nümayəndələri arasında görüş keçirilib

12
(Yenilənib 13:29 11.08.2020)
Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

BAKI, 11 avqust — Sputnik. Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç Azərbaycan Respublikasına səfərə gəlib.

"Report"un xəbərinə görə, səfər zamanı, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qonağı qəbul ediblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunaraq ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Dövlət başçılarının müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusilə qeyd olunaraq ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu vurğulanıb.

Azərbaycan və Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub, xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd edilib.

Görüşdə həmçinin digər maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparılıb.

Serbiya nümayəndə heyətinin səfəri avqustun 12-də başa çatacaq.

12

Dövlət komitəsi "Uşaqlar üçün kitab" olayına reaksiya verdi - RƏSMİ

0
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: “Uşaqlar üçün nəzərdə tutulan "kitab" ekspert rəyi olmadan çap edilib”.

BAKI, 12 avqust - Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün KİV-də və sosial şəbəkələrdə uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb: 

"Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq".

0