İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda iştirak edib

İlham Əliyev: əsassız qətnamələrin qəbulu Avroparlamentlə əlaqənin kəsilməsinə gətirib

10
Prezident İlham Əliyev iyunun 2-də Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya — ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib.

Dövlət başçısı Avropa Parlamenti ilə əlaqələrdə qurumun ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrin əsas rol oynadığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, təhqirlərlə dolu və tamamilə əsassız olan həmin qətnamələrin qəbul edilməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub. Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib. Dövlətimizin başçısı vurğuladı ki, qurumun ən yüksək rütbəli şəxsləri — prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub. Prezident İlham Əliyev bildirdi ki, bu cür münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb. Bütün bunlarla bərabər, Avropa Parlamentində Azərbaycana ədalətlə yanaşan deputatların da olduğunu bildirən dövlətimizin başçısı onların məsələlərə obyektiv yanaşdıqlarını dedi, ötən ilin sentyabrında son qətnamənin qəbulu zamanı Azərbaycana böyük dəstək nümayiş etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Avropa Parlamentinin bəzi rəhbər şəxslərinin ədalətsiz anti-Azərbaycan qətnamələrinin qəbulunda tutduqları mövqe Avropa Komissiyasının mövqeyinə ziddir.

Prezident İlham Əliyev qeyd etdi ki, ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana uğurlu səfəri çərçivəsində hər iki tərəf əlaqələrimizin inkişafına böyük maraq göstərib. Bu ilin fevral ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin ölkəmizə səfəri Avropa Komissiyası-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi işinə xidmət edib. Hazırda bu əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Avropa İttifaqına üzv olan bir çox dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, ya da qəbul edilib. Eyni zamanda, Azərbaycan Avropa Şurasında öz fəaliyyətini uğurla davam etdirir və Avropa Şurası da Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Bütün bunlar bir daha göstərir ki, Avropa Parlamentinin bəzi rəhbər şəxsləri və anti-Azərbaycan qruplaşmaları öz ədalətsiz mövqeləri ilə sadəcə olaraq Avropa-Azərbaycan əlaqələrini pozmaq istəyirlər və nə qədər ki, bu destruktiv qüvvələr öz siyasətində düzəlişlər etməyəcəklər, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyildir.

Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya — ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Azərbaycan ilə yaranmış vəziyyətin dəyişməkdə olduğunu dedi və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə etdi. Avropa Parlamentində özünün daxil olduğu liberal-demokratlardan ibarət fraksiyanın — ALDE qrupun fəaliyyətinin ölkəmizə dəstək nümayiş etdirdiyini vurğulayan Norika Nikolai qrupun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğuladı. Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığına dair hesabat hazırladıqlarını bildirən Norika Nikolai qeyd etdi ki, ölkəmizə səfərində məqsəd bu hesabatla bağlı yekun fikir mübadiləsi aparmaqdır.

Dövlət başçısı xanım Norika Nikolaiyə obyektiv və ədalətli mövqeyinə görə minnətdarlığını bildirdi və Avropa Parlamentində Azərbaycanın dostları olan deputatlara onun salamlarını çatdırmağı xahiş etdi.

10

Politoloq: “Bəzi siyasi dairələr Azərbaycanla münasibətlərin inkişafını istəmir”

176
(Yenilənib 21:24 15.04.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub
İlqar Vəlizadə: “Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar”

“Bəli, Fransa separatçıların tərəfində idi və bu, həqiqətdir. Müharibə zamanı bir neçə dəfə bu barədə açıq fikirlərimi bildirmişdim və bu, əlbəttə ki, qeyri-münasib idi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Fransa münasibətləri uzun illərdir inkişaf edir: “Ölkəmiz Fransa üçün regionda ən vacib iqtisadi tərəfdaşdır. Azərbaycan Fransa şirkətlərinin də iştirak etdiyi irimiqyaslı layihələr həyata keçirir. Bu da Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir. Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub. Lakin Fransadakı bəzi təsirli siyasi dairələr bunu istəmirlər. Təəssüflər olsun ki, onlar erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar. Belə olan halda münasibətlər ziddiyyyətli fonda inkişaf edir”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

176
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropa İttifaqının canfəşanlığı: ikili standartlar keçmişdə qaldı?

1027
(Yenilənib 17:33 16.04.2021)
Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərinin Ermənistan tərəfindən də tanınmasını, bu ölkənin reallıqları qəbul edərək Azərbaycanla münasibətlərdə normal yanaşma sərgiləməsini gözləyir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabındakı paylaşımda Ermənistanla Azərbaycan arasında əməkdaşlıq üçün etimadın formalaşmalı olduğunu yazıb. Aİ-nin xüsusi nümayəndəsi tərəflər arasında inam və etimadın formalaşmasının vacib olduğunu qeyd edib.

Bəs Aİ Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hansı işləri görə bilər? Sputnik Azərbaycan Aİ-nin post-müharibə dövründəki rolu ilə bağlı Milli Məclisin deputatı Ramil Həsənin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycan və Aİ arasında milli maraqlarımıza və beynəlxalq hüquqa söykənən əməkdaşlıq platforması mövcuddur:

“Bizim münasibətlərimiz müxtəlif sahələrdə əməkdaşlıqların qurulması ilə davam etdirilir. Eyni zamanda ikitərəfli münasibətlərimizdə təzadlı yanaşmalar və ikili standartların ortaya çıxdığı məqamlar olub. Avropa İttifaqı Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə və 44 günlük Vətən müharibəsində konkret mövqe sərgiləməyib. Biz ölkəmizə yanaşmada ikili standartlar və qərəzli yanaşmalara şahid olmuşuq.

Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərinin Ermənistan tərəfindən də tanınmasını, bu ölkənin reallıqları qəbul edərək Azərbaycanla münasibətlərdə normal yanaşma sərgiləməsini gözləyir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Amma gəlin baxaq görək Ermənistan buna hazırdırmı?! Azərbaycan bölgənin bütün ölkələri ilə sülh və əməkdaşlıq şəraitində mehriban qonşuluq siyasəti yürüdür. Azərbaycanın bu münasibəti qarşılığında Ermənistan tərəfindən sərsəm bəyanatlar verilməkdədir. Bu isə Ermənistan tərəfinin etimada söykənən əməkdaşlığa hazır olmadığını və problemlərin günahkarının bu ölkə olduğunu göstərməkdədir. Əgər normal münasibətlərin qurulmasını arzu edirlərsə, üzlərini Ermənistana tutsunlar və bunu onlardan tələb etsinlər”.

Politoloq Tofiq Abbasov isə deyib ki, münaqişənin davam etdiyi müddətdə və bu günə qədər Avropa İttifaqının oynadığı rol səmərəsizdir: “Bu qurum illərdir gəlişigözəl ifadələrlə Azərbaycanı yola gətirməyə çalışırdı. Uzun illərdir deyirdilər ki, sərhədlərin dəyişilməsi məqbuldur, siz onsuz da Avropa İttifaqının üzvü olacaqsınız. Belə yanaşma həm yanlış, həm də təhlükəli idi. Çünki Avropa İttifaqının rəsmiləri bununla Ermənistanın işğalçı siyasətini qidalandırırdılar. Buna görə də belə bir müstəvidə sağlam əməkdaşlıq qurula bilməzdi. Əgər Aİ sülhün və əməkdaşlığın qurulmasını istəyirsə, ilk növbədə Ermənistanla işləməli, lazım gələrsə, bu ölkəyə təzyiq mexanizmlərini işə salmalıdır. Biz post-müharibə dövrünü yaşayırıq və görürük ki, Ermənistan daxilindəki siyasi qüvvələr və qruplar Azərbaycana qarşı təxribatlarını qüvvədə saxlayırlar. Belə bir şəraitdə hansısa etimaddan danışmaq olmaz. Müharibə bitib, amma məğlub ölkə tərəfindən təxribatlar başa çatmır. Əminəm ki, Ermənistan tərəfindəki revanşist meyillər, təxribat planları Aİ-nin nümayəndələrinə də bəllidir. Amma onlar özlərini elə göstərirlər ki, sanki bütün bunlardan xəbərsizdirlər”.

“Əgər sülhə hazırlıqdan danışırıqsa, Aİ Ermənistana real situasiyanı anlatmalı və status-kvonun dəyişdiyini izah etməlidir. Ermənistan da anlamalıdır ki, hazırkı status-kvo bir daha onların xeyrinə dəyişilməyəcək. Heç bir havadar qüvvə bu vəziyyəti onların xeyrinə dəyişə bilməyəcək. Çünki Azərbaycan haqq işini başa çatdıraraq, torpaqların gerçək sahibinin özü olduğunu bütün dünyaya göstərdi.

Əgər bizim etimadımızı qazanmaq istəyirlərsə, mina xəritələrini Azərbaycana təqdim etsinlər. Bunu etsələr, əməli işlərə başlamaq üçün mühit yaranmış olacaq. Bu olmasa, hansısa sülhdən, ona hazırlıqdan söhbət gedə bilməz”, – deyə T.Abbasov bildirib.

1027
Teqlər:
ikili standartlar, münasibətlər, münasibət, Ermənistan, Azərbaycan, Avropa İttifaqı
Rusiya XİN-nin binası, arxiv şəkli

Çexiyanın Rusiyadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edildi

0
Rusiya Xarici İşlər Nazirliyinin “persona non qrata” elan etdiyi şəxslər Moskvanı 19 aprelə qədər tərk etməlidirlər.

BAKI, 18 aprel - Sputnik. Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Çexiya Respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib.

Həmin şəxslər Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bundan əvvəl RF diplomatiya idarəsində Çexiya hökumətinə sərt etiraz bildirilmiş və cavab tədbirlərinin görüləcəyinin anonsu verilmişdi.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Praqanın hərəkətlərində "Amerikanın izlərini görməmək olmaz".

Nazirlik diplomatların qovulması qərarının 2014-cü ildə Vrbetitsadaki hərbi anbarlarda baş verən partlayışda Rusiya xüsusi xidmət orqanlarının iştirakı ilə bağlı "əsassız və həqiqətdən uzaq bəhanələr"lə əlaqədar verildiyini qeyd edib. 

 

0