QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənistan necə iddia edə bilər ki, sülh tərəfdarıdır?"

© Sputnik / Murad Orujov"Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsü
Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsü - Sputnik Azərbaycan
Abunə olmaq
Dağlıq Qarabağda münaqişənin son gərginləşməsindən sonra Sputnik Azərbaycan və Ermənistan parlamentlərinin üzvlərini bir masa arxasına dəvət edib. Videokörpünün gedişində onlar Qarabağ probleminin həllində Rusiya vasitəçiliyinin perspektivlərini müzakirə ediblər.

BAKI, 1 iyun — Sputnik. “Rusiyanın regionda öz maraqları var. Həm Azərbaycana, həm də Ermənistana tərəfdaş olan ölkə kimi Rusiya erməni tərəfinə təzyiq göstərməlidir”. Bu fikri Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində "Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın vasitəçilik perspektivləri" mövzusunda keçirilən Bakı-Moskva-Yerevan videokörpüsündə politoloq Tofiq Abbasov deyib.

Ekspertin sözlərinə görə, erməni tərəfi sülhdən danışaraq kompromisə getməyə meylli olduqlarını bildirir, lakin atəşkəs rejimini pozmağı da dayandırmır. “Təəssüf ki, Kazan prosesi də heç nə ilə nəticələndi. Minsk qrupu nəzərə almalıdır ki, bu prosesdə pauza vermək olmaz. Pauza prosesi apreldən əvvəlki status-kvoya qaytara bilər”, — deyə o bildirib.

Erməni deputat Xosrov Arutyunyan isə bildirib ki, ötən 22 il ərzində Azərbaycan ancaq silahlanıb və bu şərtlər altında konstruktiv danışıqlar aparmaq mümkün deyil.

“Rusiya artıq vasitəçi deyil, cavabdeh tərəfdir. Bakı deməlidir ki, mən artıq silahlanmanı dayandırıram, müharibə aparmayacam, gəlin danışaq. Məgər siz elə yüksək şərtlər təklif edirsiz ki, Qarabağdakı ermənilər yenidən Azərbaycanın tərkibində yaşamağa razı olsunlar?!”, — deyə o, əlavə edib. 

Politoloq Tofiq Abbasov - Sputnik Azərbaycan
QARABAĞ
"Top Ermənistanın meydançasındadır"

Erməni deputat Rusiyanın regiondakı maraqlarından da söz açıb: “Biz o faktı qeyd etməliyik ki, Cənubi Qafqaz regionu Rusiyanın geosiyasi və geoiqtisadi maraqlarına daxildir. Rusiyanın bu mövzuda moderatorluğu həm Ermənistan, həm Azərbaycan üçün qəbul ediləndir. Mən hesab edirəm ki, Rusiyanın vasitəçilik funksiyasının effektivliyi haqqında danışarkən vasitəçiliyin məqsədini də müəyyən etmək lazımdır”. 

Bundan başqa, o erməni tərəfinin 1994-cü ildəki vəziyyətə qayıtmaq arzusunu da bölüşüb: “Mən belə anlayıram ki, biz 1994-cü ildə olan vəziyyət qayıda bilsəydik, daha doğru olardı. Mən hərbi qarşıdurmanı, hərbi silah səviyyəsini nəzərdə tuturam. Azərbaycan üçün əsas problem işğal olunmuş əraziləri qaytarmaqdır, yəni ərazi problemidir. Dağlıq Qarabağ erməniləri üçün isə bu həyat hüququ problemidir. Fərq bundadır. Biz bir-birimizi bu məsələdə anlamırıq”.

Bu fikirlərə münasibət bildirən deputat Rasim Musabəyovun sözlərinə görə, 1994-cü ilə qayıtmaq fikirləri artıq illüziyadır: “Ermənistan 1994-cü ildəki qarışıqlıqdan istifadə edərək Azərbaycan ərazilərini işğal etdi. Lakin bu 20 il ərzində vəziyyət çox dəyişib. Bu vaxt ərzində bir milyon yarım şəxs Ermənistanı tərk etdi, Azərbaycanın əhalisi isə iki milyonadək artdı. O vaxt Ermənistanın iqtisadi göstəriciləri Azərbaycan göstəricilərinin 50%-i təşkil edirdi. İndi isə Ermənistan iqtisadiyyatı Azərbaycan iqtisadiyyatından altı dəfə azdır. Buraya dəyişilmiş hərbi balansı, eləcə də artan diplomatik və informasiya aktivliyini əlavə etsək, 94-cü ili qaytarmaq haqda düşünmək – illüziyadır. Mövcud reallığı qəbul etmək lazımdır”.

Musabəyov opponentinin digər arqumentinə də cavab verib: "Yaşamaq hüququ məsələsinə gəlincə, niyə 120 min erməninin Qarabağda yaşamaq hüququndan danışılır, amma 1 milyona qədər azərbaycanlının, Ermənistandan didərgin düşmüş 200 min azərbaycanlının öz torpaqlarında yaşamaq hüququndan danışılmır?". 

Ermeni deputat Tevan Poqosyan - Sputnik Azərbaycan
QARABAĞ
"Azərbaycanın Rusiyanı günahlandırması düzgün deyil"

Politoloq Tofiq Abbasov isə əlavə edib ki, Azərbaycanın istəyi Ermənstanın öz hərbiçilərini işğal altındakı torpaqlardan çıxarmasıdır: "Azərbaycan öz torpaqlarında hərbi əməliyyatlar keçirmək istəmir. Çünki bu, bizim ölkənin infrastrukturuna mənfi təsir göstərir".

"Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satır. Ermənistan rəhbərliyi deyir ki, biz silah alaraq hərbi əməliyyatları davam etdirəcəyik. Ermənistan rəhbərliyi deyir ki, biz silah alaraq hərbi əməliyyatları davam etdirəcəyik. Əgər Ermənistanın ali rəhbərliyi hərbi əməliyyatları davam etdirməkdə maraqlıdırsa, necə iddia edə bilər ki, o, sülh tərəfdarıdır?", — deyə Abbasov bəyan edib.

Qeyd edək ki, keçirilən videokörpüdə Bakıdan politoloq, Milli Məclisin deputatı Rasim Musabəyov, politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsləhətçisi Tofiq Abbasov, Yerevandan Ermənistan parlamentinin deputatı Xosrov Arutyunyan, politoloq, Ermənistan parlamentinin deputatı Tevan Poqosyan, Moskvadan isə filosof-antropoloq, fəlsəfə elmləri namizədi, "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Zinovyev klubunun üzvü Vladimir Lepexin iştirak ediblər.

Xəbər lenti
0