Elmar Məmmədyarov

"Beynəlxalq ictimaiyyət mövcud status-kvonu etibarsız sayır"

8
(Yenilənib 16:13 31.05.2016)
Elmar Məmmədyarov: "20 ildən artıq dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz əraziləri Ermənistanın qanunsuz işğalı altındadır"

BAKI, 31 may — Sputnik. "Mayın 16-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentlərinin görüşü keçirildi, iyunda status-kvonu dəyişmək üçün əhəmiyyətli irəliləyiş əldə etmək məqsədilə başqa bir görüşün keçiriləcəyini gözləyirik".

Sputnik "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov NATO-nun mənzil qərargahında keçirilən Azərbaycan-NATO iclası çərçivəsində təşkilatın ali orqanı olan Şimali Atlantika Şurasında çıxış edib. O, Azərbaycan və NATO üzv dövlətləri arasında Sülh naminə Tərəfdaşlıq üzrə Çərçivə Sənədi və Avro-Atlantika Tərəfdaşlıq Şurasının Əsas Sənədi əsasında siyasi və hərbi əməkdaşlığın inkişaf etdiyini qeyd edərək, Azərbaycanın fəal surətdə NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası kimi proqramlarında iştirak etdiyini vurğulayıb.

NATO ilə əməkdaşlığın Azərbaycanın hərbi və təhlükəsizlik qüvvələrinin islahatı və NATO ölkələrinin silahlı qüvvələri ilə operativ uzlaşmanın güclənməsində mühüm rol oynadığını deyən xarici işlər naziri ölkə zabitlərinin bu gün Alyansın qərargahlarında da xidmət etdiyini bildirib. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün NATO ölkələri ilə birlikdə Kosovo əməliyyatına (KFOR) və Əfqanıstanda İSAF və Qətiyyətli Dəstək missiyalarına töhfə verdiyini qeyd edən E.Məmmədyarov Azərbaycanın Əfqanıstanla ikitərəfli əsasda da əlaqələrinin inkişafı barədə məlumat verib.

XİN başçısı bir çox NATO üzv dövlətləri ilə birlikdə Azərbaycanın TANAP və TAP qaz kəməri layihələrini icra etdiyini diqqətə çatdıraraq NATO-da Azərbaycanın sədrlik etdiyi işçi qrup çərçivəsində xüsusi əhəmiyyətli infrastrukturun qorunmasına dair müntəzəm seminarların praktiki əhəmiyyətini vurğulayıb.

Cənubi Qafqaz regionundakı vəziyyətdən danışan E.Məmmədyarov əlavə edib ki, 20 ildən artıq dövr ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulub, 20 faiz əraziləri Ermənistanın qanunsuz işğalı altındadır və işğal olunmuş ərazilərdə bir milyondan artıq soydaşımız qanlı etnik təmizləməyə məruz qalıb. Ermənistanın təhriki və təxribatı ilə cəbhə xəttində baş vermiş son gərginlik barədə ətraflı məlumat verən XİN başçısı işğal faktına əsaslanan status-kvonun gərginlik mənbəyi olmaqda davam etdiyini vurğulayıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən E.Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmalı və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Ermənistanın Azərbaycanı "çirkli bombalar" ilə hədələməsi, kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalar əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi barədə məlumat verən nazir rəsmi Yerevanın danışıqlar prosesinə yenə də xələl vurmaq siyasəti yürütdüyünü bildirib. O, Ermənistanın BMT Nizamnaməsi və Helsinki Yekun Aktına uyğun olaraq, digər dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etmək və ona qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməkdən çəkinmək kimi öhdəliklər götürdüyünü xatırladaraq, rəsmi Bakının Ermənistandan məhz buna əməl etməyi və beynəlxalq ictimaiyyətdən də bunu tələb etməyi gözlədiyini vurğulayıb.

Nazir NATO-nun öz zirvə toplantılarının yekun bəyanatlarda bu məsələyə münasibətdə ifadə olunan qəti və ardıcıl mövqeyin yüksək qiymətləndirildiyini deyib. İclas əsnasında NATO üzv dövlətlərinin Şimali Atlantika Şurasında təmsil olunan daimi nümayəndələri çıxış ediblər. Nazir Elmar Məmmədyarov NATO üzv dövlətlərinin nümayəndələrinin suallarını cavablandırıb.

8
Teqlər:
Vyana, NATO, Dağlıq Qarabağ, Elmar Məmmədyarov, ATƏT-in Minsk qrupu, status-kvo
Əlaqədar
“Minsk Qrupunun Qarabağ problemini 25 il ərzində nizamlaya bilməməsini anlamıram”
Xameneyinin nümayəndəsi: "Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır"
İsmət Yılmaz: Qarabağ problemi Azərbaycanın suverenliyi çərçivəsində həll edilməlidir
Azərbaycanlıların böyük əksəriyyəti Qarabağda sülhməramlıları görmək istəmir
Ermənistan hökuməti Qarabağın müstəqilliyini tanımayıb
Lavrov: Qarabağ münaqişəsi ilə bağlı yaxın vaxtlarda görüş planlaşdırılır
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Luici Di Maio ilə Qarabağı müzakirə etdi

6
(Yenilənib 11:05 27.11.2020)
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud son vəziyyəti müzakirə edib, o cümlədən 10 noyabr 2020-ci il tarixli tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar imzalanmış üçtərəfli bəyanatın icrası və bəyanatdan irəli gələn bir sıra məsələlərin həyata keçirilməsini vacibliyini, bu bəyanatın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyətini vurğulayıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar. Çoxtərəfli formatlarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

6
Teqlər:
müzakirə, nazir, İtaliya, Ceyhun Bayramov, Azərbaycan XİN
Əfqanıstan bayrağı, arxiv şəkli

Əfqanıstanla əməkdaşlığı necə genişləndirməli - Ceyhun Bayramov əfqan həmkarına zəng edib

13
Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Əfqanıstanın Xarici işlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyəti müzakirə ediblər.

9 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi qeyd olunub. Bəyanatdan irəli gələn bir sıra məsələləri müzakirə edən tərəflər razılaşmanın bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından vacibliyini vurğulayıblar.

Nazirlər eyni zamanda ölkələr arasında ikitərəfli müstəvidə əməkdaşlığın inkişafını məmnunluqla qeyd edib, eləcə də çoxtərəfli platformalarda əməkdaşlığın genişlənməsi imkanlarını müzakirə ediblər.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

13
İran bayrağı, arxiv şəkli

İranlı diplomat Avropada məhkəmə qarşısına çıxarılacaq

0
İranın Vyanadakı Səfirliyinin müşaviri Əsədullah Əsədi Parisdə keçirilən mitinqə bombalı hücum planlaşdırmaqda ittiham olunur.

 

BAKI, 27 noyabr — Sputnik. Belçikanın Antverpen şəhər məhkəməsi 2018-ci ildə Fransada bir müxalifət qrupunun mitinqində bomba partlayışı planlaşdırmaqda günahlandırılan iranlı diplomat və onun üç həmvətənini mühakimə edəcək. Sputnik Azərbaycan-ın korrespondent.net saytına istinadən yaydığı məlumata görə, bu, Avropa Şurasına üzv ölkələrdən birində İranın dövlət nümayəndəsinin terrorizmdə günahlandırılaraq məhkəmə qarşısına çıxarıldığı ilk hadisədir.

Belçika prokurorluğu İran diplomatı Əsədullah Əsədini və digər üç nəfəri Parisdə İran Milli Müqavimət Şurasının (NCRI) mitinqinə hücum planlaşdırmaqda günahlandırır. Qeyd edək ki, sözügedən mitinqdə ABŞ Prezidenti Donald Trampın vəkili Rudi Culianı də çıxış etmişdi. Həmin vaxt Əsədi İranın Vynadakı səfirliyində üçüncü müşavir vəzifəsini tutub. Fransa rəsmiləri onun Cənubi Avropadakı kəşfiyyatdan məsul olduğunu və Tehranın əmri ilə hərəkət etdiyini bildirirlər.

Öz növbəsində, Tehran dəfələrlə ittihamları rədd edərək, terror qrupu hesab etdiyi NCRI-nin bu cür iddiaları əlində "yalançı bayraq" etdiyini bildirib. Əsədi ittihamlarla bağlı açıqlama verməsə də, onun vəkili diplomatın məhkəmə qarşısına çıxacağını təsdiqləyib.

Polis sənədləri göstərir ki, Əsədi mart ayında hakimiyyət orqanlarını günahkar bilinəcəyi təqdirdə müəyyən qruplar tərəfindən cavab tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdar edib.

Səlahiyyətli orqanlar hücumun qarşısının Fransa, Almaniya və Belçika təhlükəsizlik qüvvələri arasında koordinasiyalı əməliyyatla alındığını bildiriblər. Əsədi Almaniyada istirahət edərəkən tutulub və Belçikaya təhvil verilib. Bu ölkədə onun cinayəti birgə törətməyi planlaşdırdığı iddia olun iki əlaltısı da həbs olunub. Həmin şəxlərdən yarım kilo partlayıcı maddəsi və bir partlayıcı qurğu götürülüb. Belçika səlahiyyətliləri Əsədinin partlayıcı maddələri Tehrandan Vyanaya ticarət reysi ilə gətirdiyini güman edir.

Artıq Fransa sui-qəsdin arxasında İran Kəşfiyyat Nazirliyinin olduğunu iddia edərək bir İran diplomatını ölkədən uzaqlaşdırıb. Avropa Şurası isə İran kəşfiyyatının və rəsmi şəxslərin əmlakını dondurub.

Xatırladaq ki, bir qədər bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron müsəlman liderlərinə ultimatum vermişdi. Makron onların 15 gün ərzində "respublika dəyərləri xartiyası"nı qəbul etmələrini istəyir.

Avstriyada da radikal islamçılara qarşı xüsusi əməliyyatın keçirildiyi barədə də məlumat verilmişdi. Qeyd olunurdu ki, polis artıq terrorçuları dəstəkləməkdə şübhəli bilinən 70 şəxsin və bir neçə təşkilatın izinə düşüb.

0