BAKI, 25 may — Sputnik. Milli Məclisin Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun Avstraliyada səfərdə olan nümayəndə heyətinin üzvləri — dostluq qrupunun sədri Xanlar Fətiyev və Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Sterlinq şəhərinin meri Covanni İtaliano ilə görüşüblər.
Sputnik-in məlumatına görə, görüş zamanı iqtisadiyyat, qarşılıqlı investisiyalar, sahibkarların Avstraliya və Azərbaycanda biznesə cəlb olunması istiqamətində əməkdaşlıq müzakirə edilib. Qeyd olunub ki, hazırda Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar olaraq Avstraliya ilə təcrübə və texnologiya mübadiləsi hər iki ölkə üçün faydalı olardı. Görüşdə həmçinin humanitar, mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.
Azərbaycanın nümayəndə heyəti parlamentin Qərbi Avstraliyadan olan deputatı Con Makqratla da görüşüb. Görüşdə Makqrata Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal siyasəti, bir milyondan artıq azərbaycanlının məcburi köçkün düşməsi və Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Azərbaycanla Avstraliya arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
BAKI, 17 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edə bilər.
“Report”un məlumatına görə, bu barədə “The Daily Telegraph” siyasətçinin ətrafındakı şəxslərə istinadən xəbər verib.
Bu səfər böyük ehtimalla Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) zirvə toplantısına təsadüf edəcək. Bundan əlavə, Bayden, payızda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir.
Qəzetin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.
BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.