İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan

Baş nazir dəyişsə də, Azərbaycana münasibət dəyişməyəcək

53
(Yenilənib 11:17 24.05.2016)
Azərbaycanlı ekspertlər düşünürlər ki, Türkiyədə hökumətə kimin rəhbərlik etməsindən asılı olmayaraq, qardaş ölkələr arasındakı münasibətlərin səviyyəsini, öncə xalqlar, sonra prezidentlər müəyyənləşdirir.

BAKI, 23 may — Sputnik. Mayın 22-də Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) növbədənkənar qurultayı keçirilib. Bu ayın əvvəlində istefa verdiyini bəyan edən baş nazir Əhməd Davudoğlunu əvəzləyəcək yeni partiya sədri və Baş nazir, ötən həftə partiyadaxili seçkilərdə səs çoxluğu ilə namizəd göstərilən nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım seçilib.

Azərbaycanlı ekspertləri düşündürən məsələ Baş nazir dəyişikliyinin ölkələrimiz arasındakı münasibətlərə necə təsir göstəməsidir. Xəzər Strateji İnstitutunun (HASEN) İdarə Heyətinin sədri, "SOCAR Turkey Energy" şirkətinin sabiq baş direktoru Kənan Yavuz mətbuata açıqlamasında deyib ki, Binəli Yıldırım hələ nazir vəzifəsini tutduğu dönəmdə Azərbaycanla birgə həyata keçirilən layihələrə olduqca böyük dəstək verib: "İnanıram ki, Binəli Yıldırım Baş nazir olduğu müddətdə də qardaşlığa söykənən Türkiyə-Azərbaycan münasibətləri inkişaf edəcək, strateji əməkdaşlıq davam edəcək".

"İki ölkə arasında olan münasibətlər əvvəlki kimi yüksələn xətt üzrə davam etdiriləcək". Bunu isə Sputnik-ə açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, yeni baş nazir seçiləndən sonra Ərdoğanın hakmiyyətinin təsir dairəsi daha da artıb: "Faktiki olaraq yeni Baş nazirin seçilməsindən sonra ölkədə prezident üsul-idarəsinə keçid başladı. Bundan sonra Binəli Yıldırım yalnız prezidentin göstərişlərini yerinə yetirən bir Baş nazir funksiyasını yerinə yetirəcək. Azərbaycan və Türkiyə arasındakı münasibətlər strateji xarakter daşıyır və dövlətin də manefiyinədir. Əksinə bundan sonra biz Türkiyə-Azərbaycan münasibətlərinin daha da inkişaf etməsinin şahidi olacayıq".

"Bu həm hərbi əməkdaşlıq sahəsində münasibətlərin inkişafı ilə bağlıdır, həm də hər iki ölkənin iqtisadiyyatına təsir edəcək bir sıra layihələrin gerçəkləşdirilməsi ilə səciyyəvi olacaq. Bundan sonra Azərbaycan-Türkiyə münasibətləri yeni bir inkişaf zəmininə çıxacaq", — siyasi şərhçi bildirib.

Q.Hüseynlu hesab edir ki, Binəli Yıldırım Azərbaycanı sevən adamdır, amma Azərbaycan Türkiyə münasibətlərinin taleyini ilk olaraq türk xalqı, sonra isə Ərdoğan həll edir.

Politoloq Şahin Cəfərlinin sözlərinə görə də, Türkiyədə hökümətə kimin rəhbərlik etməsindən asılı olmayaraq bu ölkənin Azərbaycana münasibəti hər kəsə bəllidir: "Türkiyənin bütün siyasi partiyaları Azərbaycanla münasibətlərdə maraqlıdır. Onların bu istiqamətdə mövqeləri demək olar ki, fərqlənmir. Azərbaycanla mövqeləri bir-birinə çox yaxındır".

"Binəli Yıldırımın baş nazir vəzifəsinə seçilməsinə gəldikdə isə, bunun Türkiyənin xarici siyasətində nəyisə dəyişəcəyini gözləmirəm. Aydındır ki, Türkiyənin xarici siyasətinin müəyyənləşdirilməsində əsas söz sahibi prezident Ərdoğandır", — analitik vurğulayıb.

Ş. Cəfərlinin fikrincə, hazırda Türkiyənin həyata keçirdiyi siyasətdə Baş nazirin, yaxud da xarici işlər nazirinin kim olmasının elə bir əhəmiyyəti yoxdur: "Xüsusən də Əhməd Davudoğlunun istefa verməsi göstərdi ki, Türkiyənin nə daxili, nə də xarici siyasətində hər hansı dəyişiklikdən söhbət gedə bilməz. Türkiyənin həyata keçirdiyi siyasətdə əsas sözə və rola malik şəxs prezident Ərdoğandır, ona görə də mən Türkiyənin Azərbaycan siyasətində hər hansı bir dəyişiklik gözləmirəm".

Qeyd edək ki, AKP sədri və Baş nazir seçilməzdən əvvəl B.Yıldırımın məsul olduğu nəqliyyat və rabitə sahəsində Azərbaycanla Türkiyə arasında geniş əlaqələr mövcud olub.

53
Teqlər:
Kənan Yavuz, Binəli Yıldırım, Şahin Cəfərli, Ədalət və İnkişaf Partiyası, AKP, İlham Əliyev, Qabil Hüseynli, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Əlaqədar
Merkel: "Ərdoğana açıq şəkildə dedim ki..."
Binali Yıldırım AKP sədri seçilib
Türkiyənin hakim partiyası yeni sədrini seçir
Prezident İlham Əliyev Türkiyədə işgüzar səfərdədir
Türkiyədə yeni millətçi partiya yarana bilər
Türkiyə bu ölkədəki səfirini geri çağırdı
Ankara şəhərinə mənzərə, arxiv şəkli

Ankaraya sürpriz səfər: Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsinə həmişə ehtiyac var

698
(Yenilənib 19:20 12.08.2020)
"Bunun nəticəsidir ki, bu gün Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi başda olmaqla Türkiyənin yüksək rütbəli hərbçilərindən ibarət böyük bir nümayəndə heyəti Azərbaycana gəlir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ötən gün Türkiyəyə səfər edərək, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş keçirib. Görüş zamanı ikitərəfli münasibətlərin geniş spektri müzakirə edilib. Təkbətək və nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdən sonra nazirlər jurnalistlərin suallarını cavablandırıblar.

Xarici İşlər naziri kimi ilk xarici səfərini məhz Türkiyəyə etdiyini qeyd edən Ceyhun Bayramov bu ölkə ilə münasibətlərin Azərbaycan üçün olduqca vacib istiqamət və prioritet olduğunu xatırladıb. O qeyd edib ki, bu günə kimi iki ölkə arasında müxtəlif sahələri əhatə edən 241 sənəd imzalanıb. Nazir, həmçinin hazırda 29 əlavə müqaviləyə baxıldığını və onların da yaxın günlərdə imzalana biləcəyini anons edib.

Daha bir maraqlı məqam isə Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Türkiyəyə səfəri oldu. Belə ki, nazirin qardaş ölkəyə səfəri əvvəlcədən anons edilməmişdi və bu fakt yalnız iki azərbaycanlı nazirin – Ceyhun Bayramov və Zakir Həsənovun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi olaraq qəbul olunduqları zaman üzə çıxdı. Bu görüşdən sonra isə Azərbaycanın Müdafiə Nazirliyi Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gələcəyi ilə bağlı məlumat yaydı. Görünən budur ki, hər iki dövlət xarici diplomatiya və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini artırmaq niyyətindədir.

Sputnik Azərbaycan ölkənin hakim partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma Şöbəsinin müdiri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə ilə həmsöhbət olub.

Aydın Mirzəzadə xatırladıb ki, Azərbaycan və Türkiyə dost-qardaş, bir millətdən olan iki dövlətdir:

"Onlar arasında olan yaxın, sıx münasibətlər hər keçən gün daha da güclənir. Hesab edirəm ki, Azərbaycanın iki nazirinin – Xarici İşlər və Müdafiə nazirlərinin Türkiyəyə səfəri bu münasibətlərin daha dərinləşməsinə xidmət edir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, hər iki ölkənin iştirakı ilə beynəlxalq, strateji əhəmiyyətə malik layihələr həyata keçirilir. Bu səfərlər həmçinin gündəmdə olan layihələri müzakirə etmək, beynəlxalq aləmdə, müxtəlif təşkilatlar çərçivəsində daha sıx əməkdaşlığın qurulması üçün bir vasitədir".

Millət vəkili vurğulayıb ki, Türkiyə hərbi sahədə dünyanın ən inkişaf etmiş, texnoloji, güclü ölkələrdən biridir: "Onun bu sahədə təcrübəsinin öyrənilməsinə, Türkiyə ilə hərbi-texniki sahədə əməkdaşlığın güclənməsinə həmişə ehtiyac var. Bunun nəticəsidir ki, bu gün Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi başda olmaqla Türkiyənin yüksək rütbəli hərbçilərindən ibarət böyük bir nümayəndə heyəti Azərbaycana gəlir. Hesab edirəm ki, gerçəkləşdirilən bu səfər ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcək. Azərbaycan və Türkiyə həm uğurlar əldə olunan zaman, həm də müəyyən problemlər olanda daima bərabərdirlər, bir yerdədilər və bu həmişə də belə olacaq".

698
Əlaqədar
Gürcüstan, Ukrayna, indi də Azərbaycan - Hər şey çox rahat olacaq
Türkiyənin Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlirlər
Yeni nazir xarici siyasətin əsas prioritetini açıqladı
Azərbaycan-Türkiyə təlimlərinə xüsusi təyinatlılar da cəlb edildi - VİDEO
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Metsamor AES, arxiv şəkli

Prezidentin köməkçisi: "Metsamor AES Ermənistanın özü üçün təhlükədir"

6
(Yenilənib 16:26 12.08.2020)
Sənəddə "panermənilik" haqqında yer almış məqamlarla toxunan prezidentin köməkçisi qeyd edib ki, bu faktiki olaraq digər ölkələrin daxili işinə qarışmaq anlamına gəlir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Ermənistanın Milli Strategiyasında ermənilərin Ermənistana repatriasiyası üçün şəraitin yaradılacağı qeyd edilir. Bununla da Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasəti üçün əlavə insan resursları əldə etmək niyyəti güdür. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edərkən bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Milli Strategiyasında azad söz və plüralizm təbliğ edilir və bu ölkənin terrorizm və ekstremizmə qarşı olduğu qeyd olunur:

"Halbuki bu tam yalandır. Bu yaxınlarda Los-Ancelesdə, Brüsseldə və dünyanın digər şəhərlərində ermənilər barbarcasına azərbaycanlılara hücum etdilər və onlara xəsarətlər yetirdilər. Bu, məhz Ermənistanın ekstremizm siyasətinin nəticəsidir. Erməni diasporası da əsassız, mifik erməni müstəsnalığı üzərində qurulmuş ideologiyanı təbliğ edir. Nəticədə diaspora öz dağıdıcı fəaliyyəti ilə Ermənistan-Azərbaycan münaqişəsinin də həllinə əlavə maneələr törədir".

Sənəddə "panermənilik" haqqında yer almış məqamlarla toxunan prezidentin köməkçisi qeyd edib ki, bu, faktiki olaraq digər ölkələrin daxili işinə qarışmaq anlamına gəlir: "Çünki orada yaşayan ermənilər üçün Ermənistan tərəfindən istiqamət və prioritetlər müəyyən edilir. Sənəddə Ermənistanda demoqrafik böhran, dərin yoxsulluq, sosial bərabərsizlik və sosial qütbləşmənin mövcudluğu açıq etiraf edilir və artan emiqrasiya başlıca problemlərdən biri kimi göstərilir. Bununla yanaşı, Ermənistanın iqtisadi inkişafı ilə bağlı bir sıra fikirlər yer alır. Lakin unutmaq olmaz ki, Ermənistan Azərbaycan torpaqlarını azad etməyənə qədər regional iqtisadi layihələrdən kənarda qalacaq, iqtisadi izolyasiya şəraitində yaşayacaq. Münaqişə həll edilmədiyi təqdirdə, Ermənistanda hər hansı iqtisadi inkişaf perspektivlərindən, eləcə də emiqrasiya, yoxsulluq, işsizlik və sosial bərabərsizliyin aradan qaldırılması barədə danışmaq mənasızdır".

Hikmət Hacıyev vurğulayıb ki, əhalinin sayının stabilləşdirilməsi və demoqrafik artıma nail olmaq Ermənistan dövlətinin məqsədi kimi qoyulub: "Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə heç cür bu məqsədlərə nail ola bilməyəcək və vəziyyət daha da pisləşəcək. Çünki insanların Ermənistanın gələcəyinə inamı yoxdur və Azərbaycanla qarşıdurmadan qorxan bir çox erməni ölkəni tərk edir. Sənəddə Ermənistanın yüksək texnologiyalar mərkəzi kimi inkişafı prosesində elm-təhsil sisteminin roluna xüsusi önəm veriləcəyi qeyd olunur. Halbuki, elə Strategiyanın özündə də etiraf edildiyi kimi, savadlı insanların ölkəni kütləvi surətdə tərk etməsi fonunda bu məqsədə necə nail olmaq olar?"

Prezidentin köməkçisi xatırladıb ki, sənədin ətraf mühitə aid bölməsində məntiqlə Metsamor atom elektrik stansiyası məsələsinə toxunulmalı idi, amma maraqlıdır ki, bu haqda heç bir istinad yoxdur: "Halbuki, fəal seysmik zonada yerləşən və istismar müddəti bitmiş bu AES ilk növbədə elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir.

Ümumiyyətlə sənədin təhlili göstərir ki, diqqəti Ermənistan iqtisadi inkişaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara verir. Bu, Ermənistan hakimiyyətinin gələcəyə baxışını xarakterizə edir. Əsas məqsəd erməni xalqını münaqişənin girovu kimi saxlamaqdır".

6
Əlaqədar
Türk ekspert Azərbaycan-Türkiyə təlimlərinin əsl məqsədini açıqladı
Hikmət Hacıyev: "Ermənistan üçün ən böyük təhlükə Paşinyan hakimiyyətinin siyasətidir"
Rusiya Bakı ilə Yerevanın münasibətlərinin normallaşması üçün hər şeyi edir – Zaxarova
Azərbaycan XİN erməni əsilli livanlıların Qarabağa köçürülməsinə münasibət bildirdi
Qondarma rejim ehtiyatda olanları "xidmətə" çağırdı
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 124 nəfər koronavirusdan öldü

0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 13 avqust - Sputnik. Son bir sutka ərzində Rusiyada 5057 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 124 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 907758-ə çatıb. Rusiyada pandemiya yayılandan 15384 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə Rusiyada bu virusdan sağalanların sayı 716396-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 20,2 milyonu keçib, 741 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0