Xarici işlər nazirinin müavini Araz Əzimov

Araz Əzimov İsrail Fələstinə səfər edib

18
Səfərlər zamanı Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Fələstinlə diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsinə dair Saziş imzalanıb.

BAKI, 23 may — Sputnik. Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov 18 may 2016-cı il tarixində İsrail dövlətinə səfər edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, səfər zamanı o, İsrailin xarici işlər nazirliyi, parlamenti və digər dövlət orqanlarının rəsmiləri ilə görüşlər keçirib.

Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər, o cümlədən, nüvə təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bütün dövlətlərin, o cümlədən, İranın nüvə enerjisindən sülh məqsədi ilə istifadə hüququnun olduğu bir daha təsdiq edilib. Həmçinin, Ermənistanın Azərbaycana və bölgəyə qarşı törətdiyi təhlükələr haqqında qarşı tərəfə dolğun məlumat verilib.

Araz Əzimov 19 may 2016-cı il tarixində isə Fələstin dövlətinə səfər edib. Səfər zamanı o, Fələstin Dövlətinin Baş Naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının Baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib. Keçirilmiş görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Səfər zamanı "Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanıb.

18
Teqlər:
səfər, Fələstin, Azərbaycan, Ermənistan, Cənubi Qafqaz, Yaxın Şərq, İsrail, Araz Əzimov
Əlaqədar
Putinin Yunanıstana səfərinin məqsədi bəlli oldu
Azərbaycan baş nazirinin Gürcüstana səfəri başlayıb
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib
Obamanın Səudiyyə Ərəbistanı səfəri başladı
İsrail jurnalistlərinin Azərbaycana səfərinin nəticələri