QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Kremldən mühüm Qarabağ açıqlaması

© Sputnik / Natalia Seliverstova / Mediabanka keçidDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Peskov: "Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağdakı situasiyaya dair görüşünün yekunları ilə bağlı optimizmə əsas var. Artıq münaqişənin kəskin mərhələsi geridə qalıb"

BAKI, 17 may — Sputnik. "Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağdakı situasiyaya dair görüşünün yekunları ilə bağlı optimizmə əsas var". Sputnik-in məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən deyib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Azərbaycan XİN beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırıb

Jurnalistlərin iki ölkə prezidenti arasında keçirilən görüşlə bağlı "Kreml necə hesab edir, artıq demək olarmı ki, münaqişənin kəskin mərhələsi geridə qalıb?" sualına Peskov belə cavab verib: "Əlbəttə, demək olar ki, münaqişənin kəskin mərhələsi geridə qalıb. Sözsüz ki, bizim xarici işlər naziri görüşə lazımi qiyməti veriblər. Biz ümid etmək istəyirik ki, sabitlik dövrünün davam etməsinə imkan vermək baxımından optimizmə əsas".

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Qarabağda situasiyanın gərginləşməsi ilə bağlı ötən gecə Vyanada görüşüblər. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro, həmçinin ABŞ dövlət katibi Con Kerri, həmsədrlər Ceyms Uorlik, İqor Popov və Pyer Andriye də iştirak ediblər.

Xəbər lenti
0