Azərbaycan Respublikası Milli Məclisinin binası

Azərbaycanla Qətər arasında viza qaydaları dəyişdi

90
Azərbaycan Hökuməti və Qətər Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilib

BAKI, 17 may — Sputnik. Milli Məclisin növbəti plenar iclasında "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.

Sputnik xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında, onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Sazişə aşağıdakı dəyişikliklər edilib: — adında və mətninin digər hissələrində "diplomatik və xüsusi pasportlar" ifadəsi "diplomatik, xüsusi/xidməti pasportlar" ifadəsi ilə əvəz edilib. 1-ci maddənin birinci abzasında "diplomatik pasportlar" ifadəsi "diplomatik və xidməti pasportlar" ifadəsi ilə əvəz olunub.

Bu dəyişikliklər Sazişin 11-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

90
Teqlər:
Azərbaycan, Qətər, viza, parlament, Milli Məclis
Əlaqədar
Avropanın viza restinə Türkiyədən sərt cavab
Avropa Komissiyası Türkiyə vətəndaşları üçün vizaların qaldırılmasına qərar verdi
Nazir: Azərbaycan İran vətəndaşları üçün viza rejimini sadələşdirəcək
"Azərbaycanla Türkiyə arasında viza rejimi ləğv edilməlidir"