Angela Merkel Tayyib Ərdoğan

Almaniya keçmiş müttəfiqinə "arxadan zərbə" hazırlayır

84
(Yenilənib 17:02 16.05.2016)
Bundestaqda qondarma "erməni soyqırımı" məsələsinin tanınacağı iddia olunur. Sözügedən addım atılarsa, iki NATO ölkəsi arasında münasibətlərin kəskinləşəcəyi istisna edilmir.

BAKI, 16 may — Sputnik. Almaniyanın "Bild" qəzeti, ölkə parlamenti olan Bundestaqın 2 iyun tarixində keçirəcəyi iclasda qondarma "erməni soyqırımı"nın rəsmi olaraq tanınacağını yazıb. Qəzetin xəbərinə görə, Xristian Demokrat Birlik Partiyası və Yaşıllar Partiyası tərəfindən ortaq hazırlanan "soyqırım" mətnində "101 il əvvəl Osmanlı İmperatorluğu ermənilərə və digər xristian azlıqlara soyqırım tətbiq edib" ifadəsi yer alacaq.

Sosial Demokrat Partiyasından olan millət vəkili Tomas Opperman qəzetə açıqlamasında uydurma "soyqırım"la bağlı iddialar da ortaya atıb. Opperman, Birinci Dünya Müharibəsi zamanı Osmanlılarla ittifaq içində olan Almaniyanın da bu "soyqırım"da payı olduğunu bildirib.

Ən maraqlısı isə odur ki, uydurma "soyqırım"la bağlı alman parlamentində gündəmə gələcək iddiaları türk əsilli deputat Cem Özdemir də dəstəkləyib. Yaşıllar Partiyasının rəhbəri Cem Özdemir, "Bild" qəzetinə müsahibəsində Ərdoğan hökumətini sərt tənqdi atəşinə tutub.

"İnanıram ki, Bundestaqın erməni soyqırımı ilə bağlı verəcəyi qərara Ankara çox qəzəblənəcək. Amma Federal Məclis Ərdoğan kimi despot birinə heç vaxt boyun əyməyəcək. Almaniya Xarici İşlər Nazirliyinin erməni soyqırımına dair sənədləri dəqiq və açıqdır. Ona görə də parlamentin soyqırımı tanımasından sonra Türkiyənin inkar etməsi çətin olacaq", — deyə Özdemir bildirib.

Qeyd edək ki, Almaniyada prezident Joachim Gauck və Federal Məclisin rəhbəri Norbert Lammert, öz çıxışlarında dəfələrlə "soyqırım" ifadəsinə yer versə də, Federal Məclis indiyə qədər qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib.

Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı
© Photo : APA
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı

Mövzunu Sputnik-ə şərh edən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadənin fikrincə, sözügedən məsələnin gündəmə gəlməsi özlüyündə Almaniyanın maraqlarına ziddir: "Yaxşı olardı ki, Almaniya uydurma "soyqırımı" sənədini kənara qoysun və öz tarixi keçmişinə nəzər yetirsin. Bu gün Almaniyanın özündə multikulturalizm dəyərlərinin inkişafına ciddi ehtiyac var".

"O ölkədə milyonlarla türk yaşayır. Və hər iki ölkə NATO-da müttəfiqdir. Bu cür uydurma qərar qəbul olunarsa, iki NATO dövləti arasında ciddi problem yarana bilər. Ona görə də, Bundestaq gərək bundan çəkinsin", — deputat bildirib.

84
Teqlər:
Cem Özdemir, Bundestaq, "Bild" qəzeti, Tomas Opperman, qondarma "erməni soyqırımı", Asim Mollazadə, Almaniya
Əlaqədar
Gürcü general: Xocalıda dinc sakinlərin qətlə yetirilməsi əsl soyqırımıdır
Ukrayna soyqırımı tanıdı
Bu ölkə də uydurma "erməni soyqırımını" tanıdı
Kerri: Əsəd öz xalqına qarşı soyqırım etdi, terrorçulara fürsət verdi
Ermənistan Suriyaya qarşı da soyqırım iddiası irəli sürəcək
“Erməni soyqırımı” abidəsinin ucaldılmasının qarşısı alınıb
Rusiya XİN rəhbəri Sergey Lavrov, arxiv şəkli

Lavrov: "Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur"

59
"Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək".

BAKI, 18 yanvar — Sputnik. Rusiyanın Qarabağı öz ərazisinə qatmaq fikri yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında erməni jurnalistin sualını cavablandırarkən qeyd edib.

"Qarabağın müstəqilliyi Ermənistan Respublikası da daxil olmaqla heç kim tərəfindən tanınmayıb. Bizim də belə bir fikrimiz yoxdur. Biz ondan çıxış edirik ki, bu regionun bütün məsələləri burada yerləşən ölkələr – ilk növbədə Azərbaycan və Ermənistan tərəfindən həll edilməlidir. Moskva bütövlükdə bölgədə sülh və sabitliyi təmin edəcək bir həll tapmağa kömək edəcək", - deyə Lavrov qeyd edib.

Lavrov, həmçinin qeyd edib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatının heç bir gizli müddəaları yoxdur.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

59
Co Bayden, arxiv şəkli

Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı

132
(Yenilənib 20:27 17.01.2021)
Əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

BAKI, 17 yanvar - Sputnik. ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden andiçmə mərasimindən sonra ilk və ya ikinci xarici səfərini Böyük Britaniyaya edə bilər.

“Report”un məlumatına görə, bu barədə “The Daily Telegraph” siyasətçinin ətrafındakı şəxslərə istinadən xəbər verib.

Bu səfər böyük ehtimalla Britaniyada keçiriləcək Böyük Yeddiliyin (G7) zirvə toplantısına təsadüf edəcək. Bundan əlavə, Bayden, payızda BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) iştirak etmək üçün bu ölkəyə səfər etmək niyyətindədir.

Qəzetin yazdığına görə, əvvəllər “Brexit” haqqında mənfi danışan Bayden, Britaniya rəsmiləri ilə fikir ayrılıqlarını aradan qaldırmaq və ikitərəfli əməkdaşlığı gücləndirmək niyyətindədir.

132
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0