QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan və Azərbaycan prezidentləri Vyanada görüşəcək

© Sputnik / Максим Блинов / Mediabanka keçidВена
Вена - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci ilin dekabrın 19-da İsveçrə Konfederasiyasının paytaxtı Berndə keçirilib. Görüş nəticəsiz başa çatıb.

BAKI, 16 may — Sputnik. Bu gün Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçiriləcək.

APA-nın xəbərinə görə, görüşdə Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirləri də iştirak edəcək. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova görüşdə əsas məqsədin məsləhətləşmələr aparılması və təmas xəttində hərbi risklərin azaldılmasından ibarət olduğunu bildirib.

Xatırladaq ki, Ermənistan və Azərbaycan prezidentlərinin sonuncu görüşü 2015-ci ilin dekabrın 19-da İsveçrə Konfederasiyasının paytaxtı Berndə keçirilib. Görüş nəticəsiz başa çatıb.

Xəbər lenti
0