BAKI, 4 may — Sputnik. Avropa Birliyi (AB) Komissiyası Türkiyə vətəndaşları üçün şengen ölkələrinə səyahətlərdə vizaların qaldırılmasına dair qərar verdi. Komissiya tərəfindən 72 kriteriya ilə bağlı əlavə vaxt tələb edilmədi. Komissiya 72 kriteriyadan yalnız 5-nin olmadığını deyib.
Sputnik milliyet-ə istinadla xəbər verir ki, Komissiyanın açıqladığı üçüncü hesabatda vizaların qaldırılması ilə bağlı irəli sürülən kriteriyalardan 67-nin yerinə yetirildiyi bildirilib. Tövsiyə qərarı Türkiyə vətəndaşları üçün vizaların iyun ayının sonunda qaldırılması nəzərdə tutur.
AB Komissiyasının tövsiyə qərarı Avropa Parlamenti və AB Şurası tərəfindən təsdiqləndikdən sonra tətbiq ediləcək. Əgər vizalar qalxsa, Türk vətəndaşları iyun ayının sonundan Almaniya, Avstriya, Belçika, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Hollandiya, İspaniya, İsveç, İsveçrə, İtaliya, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Macarıstan, Malta, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya və Yunanıstana gedərkən viza almağa ehtiyac duymayacaqlar.
Türkiyə vətəndaşları turist və ziyarət məqsədli səyahətlərində bu ölkələrdə 90 günədək qala biləcəklər. Şengen üzvü olmadıqları üçün İngiltərə və İrlandiyanın viza tətbiqi davam edəcək.
BAKI, 24 yanvar - Sputnik. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin və xalqın həyatında tarixi hadisə olduğunu bəyan edib.
Sputnik Azərbaycan Türkmənistan mediasına istinadla xəbər verir ki, Q.Berdiməhəmmədov Türkmənistan Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir.
Türkmənistan Prezidenti qeyd edib ki, Anlaşma Memorandumu Xəzər regionuna yeni böyük investisiya axınına zəmin yaradır, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə güclü stimul verir.
BAKI, 24 yanvar — Sputnik. İranın dini lideri ayətullah Əli Xamenei "Twitter" hesabında paylaşdığı bir şəkil ilə ABŞ-ın keçmiş prezidenti Donald Trampı hədələyib.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, paylaşımda Donald Trampa bənzər bir qolfçu pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınmış şəkildə göstərilib.
Xameneinin Trampı təhdid edən paylaşımında ABŞ PUA-sından endirilən zərbə zamanı ölən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamının alınacağı vurğulanıb.
Bu paylaşımdan sonra "Twitter" qaydaların pozulduğunu əsas gətirərək Xameneinin hesabını dayandırıb.
"Twitter" daha əvvəl Trampın hesabını şiddətə təhrik etmə riski səbəbindən bağlamışdı.
Xatırladaq ki, 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülmüşdü. İran Ali dini lideri Əli Xamaneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan etmişdi.
BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.
Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.
Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.