Hikmət Hacıyev

"Ermənistanın bu hərəkəti beynəlxalq ictimaiyyətə qarşı təhqirdir"

26
Azərbaycan XİN Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirdi: "Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı özbaşınalığın ifrat nümunəsidir"

BAKI, 3 may — Sputnik. "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin Ermənistan tərəfindən tanınması rəsmi Yerevanın Minsk Qrupu prosesinə son qoyması mənası daşıyır ki, bu halda Minsk Qrupunun danışıqlar aparmaq üçün artıq heç bir mandatı olmayacaq".

Sputnik xəbər verir ki, bunu, Ermənistanın Dağlıq Qarabağı tanıyacağı barədə açıqlamalara münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Bu, Minsk qrupu prosesi, onun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətə qarşı təhqir və özbaşınalığın ifrat nümunəsidir. Ermənistanın bu kimi təxribatçı əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən adekvat münasibət bildirilməlidir", — deyə XİN sözçüsü bəyan edib.

26
Teqlər:
Hikmət Hacıyev, Dağlıq Qarabağ, Ermənistan, işğal edilmiş ərazilər, Azərbaycan Respublikası
Əlaqədar
Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağ problemini müzakirə ediblər
XİN: Ermənistanın məntiqini anlamaq mümkün deyil
Azərbaycan XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
XİN: Ermənistan rəhbərliyi gəncləri müharibə və qırğınlara sürükləyir
Azərbaycan XİN Ermənistanın ittihamlarına cavab verdi
Azərbaycan XİN əcnəbi jurnalistlərə xəbərdarlıq etdi
Fransa Senatının binası, arxiv şəkli

Fransada Azərbaycana qarşı növbəti xain addım

127
(Yenilənib 23:40 03.12.2020)
Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

BAKI, 3 dekabr - Sputnik. Fransanın Milli Şurası (Parlamentin aşağı palatası) ölkə hökumətini Dağlıq Qarabağın "müstəqilliyini" tanımağa çağıran qətnaməni dəstəkləyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, 188 deputat bədnam qətnamənin lehinə, 3-ü əleyhinə səs verib, 16 nəfər bitərəf qalıb.

Milli Şuranın deputatları "sülh prosesini reallaşdırmağın və Qarabağın tanınmağının" vacibliyini qeyd ediblər. 

Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

"Qətnamə layihəsində izhar olunan məqsədi... yəni Dağlıq Qarabağın tanınmasını dəstəkləmirəm. Çünki bizim erməni dostlarımız bizdən Dağlıq Qarabağın tanınmasını istəmirlər. Və heç onlar özləri də tarix boyu, sərhədlər necə olur-olsun, heç vaxt Dağlıq Qarabağı tanımayıblar", - nazir deyib.

Le Drian qeyd edib ki, Ermənistan tərəfindən səsləndirilən xahişlər noyabrın 9-da atəşkəs barədə razılıqdan sonra Qarabağda sabitlik və təhlükəsizlik, hərbi əməliyyatlar nəticəsində yerdəyişmə etmiş şəxslərin geri qaytarılması ilə bağlıdır.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib. 

Fransa Xarici İşlər Nazirliyi də açıqlama verərək bəyan edib ki, Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır.

127
Teqlər:
qətnamə, xain, Fransa, Azərbaycan, Qarabağ
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Ermənistan hökuməti yeni reallıqla barışmalıdır - Azərbaycan XİN

17
(Yenilənib 22:54 03.12.2020)
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

BAKI, 3 dekabr - Sputnik. Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir. Ermənistan xarici işlər naziri xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan xarici işlər naziri Ara Ayvazyanın “Armenpress” agentliyinə verdiyi müsahibəyə dair şərhində deyilir.

"Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.

Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.

Əsir və girovların, meyitlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.

Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir", - deyə XİN-in şərhində vurğulanır.

17
Teqlər:
Ermənistan XİN, cavab, Azərbaycan XİN, Azərbaycan, Qarabağ
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Tarixçi: “Son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq”

0
(Yenilənib 00:38 04.12.2020)
Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir
Rizvan Hüseynov: “Bu Zəfər Günü də gözlənilən idi”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, ordumuzun Vətən müharibəsində qələbəsi böyük uğurdur:

“Bu Zəfər Günü də gözlənilən idi. Müstəqilliyimizi qazandıqdan bu yana ən çox gözlədiyimiz bayram günüdür. Hətta deyərdim ki, son 250 illik tariximizdə ilk dəfədir ki, belə böyük bir zəfər qazanırıq. Bu zəfərin böyük mənəvi dəstəyi var və ümid yaradır ki, irəlidə Azərbaycan xalqını, dövlətini daha böyük qələbələr gözləyir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

0
Teqlər:
Qarabağ, tarix, Zəfər Günü, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə