Rusiya və NATO

NATO-Rusiya gərginliyi kritik həddə

137
(Yenilənib 16:31 05.05.2016)
Moskva Şimal Alyansının Estoniyada təlimlərə başlamasına adekvat addımlar atacaq. Ekspertlər hesab edirlər ki, yaranmış hazırki situasiya Alyansla Rusiya arasında yeni qarşıdurmaya gətirib çıxara bilər.

NATO-Rusiya gərginliyi kritik həddə
BAKI, 2 may — Sputnik. Mayın 2-də Estoniyada 6 min hərbçinin iştirakı ilə NATO-nun "Spring storm" təlimləri başlayır. Mediaya verilən məlumata görə, təlimlərdə ABŞ, Almaniya, Böyük Britaniya və Niderland daxil olmaqla, Alyansa üzv 10 ölkənin hərbçiləri iştirak edəcəklər. Manevrlər Rusiya sərhədlərinə yaxın Pılvamaa, Tartumaa və Vırumaa bölgələrində keçiriləcək.

Təlimlər mayın 19-dək davam edəcək. NATO-nun Rusiya ilə sərhəddə təlimlər keçirməsi heç də birmənalı qarşılanmayıb. Bəzi ekspertlər hesab edirlər ki, bu, NATO və Rusiya arasında yeni qarşıdurmaya gətirib çıxara bilər.

NATO-nun baş katibi Yens Stoltenberq isə mətbuata açıqlamasında bəyan edib ki, hazırda Polşa və Baltikyanı ölkələrdə Alyansın gördüyü işlər əsla hərbi qüvvələrin sayının artırılması ilə bağlı deyil. "Biz Rusiya ilə münaqişə axtarmırıq, "soyuq müharibə" istəmirik", — deyə o qeyd edib.

Baş katib deyib ki, Rusiyanin hər hansı NATO-ya üzv ölkəyə hücüm etmək niyyətində olduğunu da müşahidə etmirlər: "Siyasi dialoq üçün aramızda diplomatik kanalların açıq olması olduqca vacibdir".

Bəs, görəsən Qərblə Rusiya arasında münasibətlərin gərginləşdiyi bir dövrdə NATO-nun Rusiya sərhədlərində təlim keçməsi NATO-Rusiya münasibətlərinə necə təsir edəcək? Politoloq Fikrət Sadıxoxun fikrincə, NATO və Rusiya arasında qarşıdurma davam edir və bu qarşıdurmada heç bir tərəf konkret bir nəticəyə gəlməyəcək.

"Mən düşünmürəm ki, NATO qoşunlarının Baltikyani ölklərdə yerləşməsi NATO-Rusiya münasibətlərinə müsbət nəsə vəd edir. Çünki Moskva artıq bəyan edib ki, o, cavab olaraq adekvat addımlar atacaq. Bu da təbii ki, son illər ərzində Rusiya və Qərb arasındakı gərginliyin və qarşıdurmanın göstəricisidir", — deyə təhlilçi Sputnik-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, burada müəyyən strateji maraqlar var: "Çünki Qərb Rusiyanın MDB məkanında atdığı addımlardan müəyyən mənada narahatlıq hissi keçirir. Baltikyanı respublikalar qərbyönlü ölklərdir. Digər tərəfdən bu, Rusiyanın şimal-qərb hissəsinin strateji mövqeləridir və əlbəttə ki, burada da bu qarşıdurma özünü açıq şəkildə əks etdirir".

Politoloq hesab edir ki, Rusiya bu təlimlərə adekvat olaraq cavab tədbirləri həyata keçirəcək. O həmçinin qeyd edib ki, NATO-Rusiya münasibətlərinin soyuq olması digər ölkələrin də maraqlarına zərbə vurur.

Politoloq İlqar Vəlizadə isə düşünür ki, bu təlimlər Ukrayna hadisələrindən sonra ümumi müdafiə sisteminin yaradılması ilə bağlı gedən prosseslərin tərkib hissəsidir: "Bəzi mənbələr bildirir ki, təlimlər Rusiya tərəfinin Baltikyanı ölkələrə qarşı edəcəyi hər hansı hərəkəti neytrallaşdırmaq üçün həyata keçirilir. Bu isə təkcə birbaşa müdaxilə ilə bağlı olan məsələ deyil. Bu təlimlər tək müdaxilə ilə bağlı ehtimallar üzərində qurulmayıb. Bu, eyni zamanda gözlənilən provakasiyaya da hesablanıb".

"Bütün hallarda bu təlimlər regionda vəziyyəti mürəkkəbləşdirəcək. Rusiya tərəfinin əks tədbirlər keçirməsinə səbəb olacaq. Bu da bütün Şərqi Avropada vəziyyətin gərgin olaraq qalmasından xəbər verir. Açıq desək, mövcud siyasi prosseslərə də mənfi təsir göstərir", — İ. Vəlizadə vurğulayıb.

NATO-Rusiya münasibətlərinin ölkəmizə təsirinə gəlincə isə, Fikrət Sadıxov, Azərbaycanın hazırkı vəziyyətdə özünü neytral apardığını deyib: "Düşünürəm ki, bu siyasət davam etdirilməlidir. Mən, eyni zamanda bu təlimlərin NATO və Rusiya arasında gələcəkdə baş tutacaq hər hansı dipolmatik danışıqlara təkan verə biləcəyini də istisna etmirəm. Hətta tarixdə də belə nümunələr olub. Güc nümayiş olunması hansısa dövlətə diplomatik nəticə əldə etməyə imkan verirdi".

"Ola bilsin ki, bu dəfə də hər iki tərəf hesab edir ki, güc nümayişi diplomatik danışıqalarda müəyyən mənada müsbət nəticələrə nail olmaq deməkdir. Elə bu səbəbdən də bu məsələlərlə məşğul olurlar ki, konkret nəyəsə nail ola bilsinlər", — təhlilçi qeyd edib.

Qeyd edək ki, aprelin 20-də Brüsseldə səfirlər səviyyəsində son iki ildə ilk dəfə olaraq Rusiya-NATO Şurasının iclası keçirilib.

137
Teqlər:
"Spring storm", Estoniya, Alyans, Niderland, NATO, Rusiya, Böyük Britaniya, Almaniya, ABŞ
Əlaqədar
Türkiyə Gürcüstanı NATO-da görmək istəyir
NATO Qarabağdakı vəziyyətə münasibət bildirib
Qartal NATO-ya məxsus hava vasitəsini yerə salıb
Bakıda NATO-nun təlim kursu başlayıb
NATO-dan qorxu dolu bəyanat
NATO-dan Rusiyaya gecikmiş çağırış
Ermənistana məxsus PUA, arxiv şəkli

Ermənistanın sərhədimizi pozan PUA-sı məhv edildi

212
(Yenilənib 22:53 06.08.2020)
Avqustun 6-da vurulan PUA Ermənistan SQ-nin Azərbaycan HHQ tərəfindən vurulan sayca yeddinci aparatıdır

BAKI, 6 avgust — Sputnik. Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

Bundan öncə iyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərərkən vurulmuşdu.

Avqustun 6-da vurulan PUA Ermənistan SQ-nin Azərbaycan HHQ tərəfindən vurulan sayca yeddinci aparatıdır. İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən bəri hərbçilərimiz müntəzəm olaraq düşmən PUA-larını aşkarlayaraq məhv edirlər. İyulun 22-də X-55 PUA-sı, bundan bir gün öncə kəşfiyyat aparan daha iki aparat, iyulun 16-da daha bir X-55 məhv edilmişdi. İyulun 14-də isə Ermənistan SQ-yə məxsus PUA artilleriya qurğusu ilə eyni zamanda vurulmuşdu. 

212
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
ABŞ-dakı səfirimiz: "Ermənistanın son əməlləri danışıqlara zərbə vurur"
Azərbaycan səfiri İtaliya mətbuatında erməni yalanlarını ifşa edib
Cəbhədə gərgin gecə: mövqelərimiz pulemyotlardan atəşə tutuldu
Los-Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyib
Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Gündəmdə saziş var: Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə görüşdü

11
(Yenilənib 20:31 06.08.2020)
Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib

BAKI, 6 avqust — Sputnik. Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib.

Sputnik Azərbaycan-a XİN-dən daxil olan məlumata görə, C.Bayramov və Avropa İttifaqı (Aİ) ilə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. O, Aİ-nin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklə bağlı birmənalı mövqeyini məmnuniyyətlə vurğulayıb.

Tərəflər Aİ-Azərbaycan əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, o cümlədən enerji sahəsində strateji tərəfdaşlıq, nəqliyyat layihələri, pandemiya ilə mübarizədə həmrəylik və əməkdaşlıq, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni hərtərəfli saziş üzrə danışıqların davam etdirilməsi və digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Nazir bu ilin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat, Ermənistanın nail olmadığı məqsədləri və bölgədəki gərginliyin kökündə duran Ermənistanın təcavüzkar siyasəti barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycanın münaqişənin danışıqlar yolu ilə həllinə sadiq olduğunu, lakin danışıqların imitasiya yox, real və mahiyyət üzrə aparılmalı olduğu vurğulanıb. İşğalçı ölkə Ermənistanla işğala məruz qalan Azərbaycana eyni yanaşmanın nümayiş etdirilməsinin qəbuledilməz olduğunu bildirən nazir BMT TŞ qətnamələrinin də tələb etdiyi kimi, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyini vurğulayıb.

© AR Ministry of Foreign Affairs
Xarici İşlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskası qəbul edib

Aİ nümayəndəsi sərhəddə baş vermiş gərginliklə bağlı Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünun bəyanatına istinad edərək bölgədə gərginliyin artmasına səbəb olacaq addımlardan çəkinməyə çağırdıqlarını qeyd edib. O, Aİ-nin xüsusi nümayəndəsinin də vəziyyəti yaxından izlədiyini və İttifaqın bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

11
Zeytun yağı

Qızartmalar üçün hansı yağları seçməli: rus alim xəstəlik mənbəyi olan qidaları açıqladı

0
70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır

BAKI, 6 avqust — Sputnik. Qızartmalar üçün kərə yağından istifadə etmək təhlükəli ola bilər. Bu barədə Sputnik radiosuna müsahibəsində qastroenteroloq, dietoloq, tibb elmləri namizədi İrina Berejnaya bildirib.

Onun fikrincə, ən yaxşısı ərzaqları quru tavada, ya da qril şəklində qızartmaqdır. Amma çoxları bunu kərə yağında etməyə üstünlük verirlər. Əgər kərə yağını təzə-təzə yemək təhlükəsizdirsə, ondan məhsulların qızardılması üçün istifadə etməmək daha yaxşıdır.

"Təzə kərə yağı müəyyən miqdarda tamamilə təhlükəsizdir. O, həmçinin xolesterin mübadiləsinə təsir baxımından özünü doğruldur. Qızardılmış məhsullara gəldikdə, burada kərə yağını istifadə etməmək daha yaxşıdır. 70 dərəcədən yuxarı temperaturda bizim orqanizmimizə lazım olmayan və uzun müddət istifadə zamanı onkoloji xəstəliklərə səbəb ola biləcək sərbəst radikallar meydana çıxır", – deyə İrina Berejnaya xəbərdarlıq edib.

Dietoloq deyib ki, yeməkləri hazırlamaq üçün quyruq yağından istifadə edə bilərsiniz, amma bu da ən yaxşı seçim deyil.

"Quyruq yağı öz strukturuna görə çox maraqlı məhsuldur. Həmçinin xolesterin mübadiləsinə mənfi təsir göstərmir. Bundan yeməklərin hazırlanmasında istifadə edilə bilər. Lakin uzun müddət istifadə edildikdə və yüksək temperaturda çox yüksək kalorili olacaq. Buna görə də eyni sərbəst radikalların meydana gəlməsi mümkündür. Ola bilsin, sərbəst radikallar kərə yağına nisbətdə daha az əmələ gələcək. Məhsulları zeytun yağında qızartmaq daha yaxşıdır, çünki bu, yüksək temperaturda sərbəst radikalların meydana gəlməsini təmin etməyən yeganə yağdır", – deyə dietoloq əlavə edib.

Xatırladaq ki, bu günlərdə həkim-dietoloq Andrey Bobrovski qafqazlıların uzunömürlülüyünün sirrinin manqalda bişmiş ətdə olduğunu demişdi. "Ətin qrildə və ya manqalda bişirilməsi ən dietik üsuldur. Digər üsullardan fərqli olaraq açıq manqalda bişirmə artıq yağları aradan götürür. Yağ bişdikdə əriyib axır. Tavada bişirilən zaman isə əksinə yağ yığılır və ətə hopur", - deyə Bobrovski bildirmişdi.

 

0
Əlaqədar
Yumurta yeyin, arıqlayın...
Adi göbələkdir, amma qanda şəkəri azaldar, mədə florasını bərpa edər
Gül plantasiyalarından kiçik şüşəyə: Qızılgüldən yağ necə alınır
Qafqaz uzunömürlülüyünün sirri - Hər şey kababla bağlı imiş
Buna da növbə çatdı - Şokolad ziyanlı imiş