Xarici işlər naziri Elmar Məmmədyarovun Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşü

Azərbaycan-Qırğızıstan münasibətləri müzakirə olunub

24
Elmar Məmmədyarov Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşüb. Görüşdə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

BAKI, 27 apr — Sputnik. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşüb. Sputnik xəbər verir ki, görüşdə iki ölkə arasında mədəniyyət, informasiya, idman və turizm sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycanda Qırğız, Qırğız Respublikasında Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub. Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarix, mədəniyyət və etnik bağlılıq əsasında ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiyini bildirib.

Altınbek Maksutov Bakıda keçirilən VII Qlobal Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırdı, tədbirin işini və məramını yüksək qiymətləndirib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə etdilər.

24
Teqlər:
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, Qırğız Respublikası, Azərbaycan, Altınbek Maksutov, Elmar Məmmədyarov
Əlaqədar
Özbəkistan Qırğızıstan sərhəddinə qoşun yeridib
Azərbaycandan Qırğızıstana qardaş yardımı
Azərbaycan Qırğızıstana 1 milyon manatlıq yardım göndərəcək
Qırğızıstan parlament üsul-idarəsinə keçir
Qırğızıstanda hicab qadağan edildi
Qırğızıstan ABŞ-la əməkdaşlığa son qoydu