Elmar Məmmədyarov

Elmar Məmmədyarov Pan Ki Muna müraciət etdi: "Mülki əhalimiz atəşə tutulur"

77
Azərbaycan XİN rəhbəri beynəlxalq ictimaiyyəti təcili addımlar atmağa çağırıb: "Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi diplomatik səylərə zərbə vurur"

BAKI, 27 apr — Sputnik. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu ərəfəsində və forumun keçirildiyi dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti boyunca Azərbaycan silahlı qüvvələrinin mövqeləri və ərazidə sıx yaşayan mülki insanlar və obyektləri ağır atəş vasitələri, o cümlədən D-30 haubitsaları və beynəlxalq konvensiyalarla qadağan olunmuş silah növləri ilə atəşə tutmaqda davam edib. Ermənistanın bu əməlləri nəticəsində xüsusilə Tər-Tər rayonunda özəl və dövlət mülkiyyətinə ciddi ziyan dəyib.

Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Arxiv
© Официальный сайт президента Азербайджана

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib: "Ermənistan silahlı qüvvələrinin təxribatçı əməlləri nəticəsində cəbhə xəttində baş vermiş gərginlik və insidentlərlə bağlı Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən BMT-nin baş katibi Pan Ki Mun, Təhlükəsizlik Şurasının sədri Liu Jieyi və ATƏT Daimi Şurasının sədri Pol Eberharda müvafiq məktublar ünvanlanıb. Ermənistanın davam etməkdə olan təxribat əməlləri ilə əlaqədar Azərbaycan Respublikasının BMT və ATƏT yanında nümayəndəlikləri tərəfindən üzv dövlətlərə əlavə məlumatlar verilib".

"Xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən ünvanlanmış məktublarda və BMT və ATƏT yanında nümayəndəliklərimiz tərəfindən yayılmış məlumatlarda Ermənistan tərəfinin 5 aprel tarixində Moskvada Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərərgah rəisləri arasında əldə olunmuş atəşkəsin pozmasına diqqət çəkilib, Ermənistanın qoşunların təmas xəttinə əlavə hərbi qüvvə və silahlar cəlb edərək, cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azərbaycanlı mülki əhalini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutduğu qeyd edilib", —deyə H. Hacıyev bildirib.

Onun sözlərinə görə, məktubda nazir Elmar Məmmədyarov Ermənistan silahlı qüvvələrinin təxribatçı əməllərinin ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi diplomatik səylərə zərbə vurduğunu xüsusilə qeyd edərək, beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüququnun norma və prinsiplərini, həmçinin 5 aprel tarixində əldə edilmiş atəşkəsi pozduğu üçün kəskin qınamağa, sözügedən atəşkəs ilə bağlı üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyi və öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməyə çağırıb.

77
Teqlər:
işğal, Qarabağ, Ermənistan, Pol Eberhard, Liu Jieyi, Ban Ki Mun, Elmar Məmmədyarov, Hikmət Hacıyev
Əlaqədar
Azərbaycan Ordusunun itki verdiyi barədə səs yazısı saxtadır
Ermənistan Azərbaycana qarşı qadağan olunmuş silahlardan istifadə edir
Ermənilərin hərbi obyektlərinə ağır zərbə vurulub
Rusiya və Ermənistan XİN rəhbərləri Qarabağ problemini müzakirə ediblər
Yaxın zamanlarda Qarabağda növbəti genişmiqyaslı hərbi əməliyyatların şahidi ola bilərik