Rusiyanın XİN rəhbəri Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Ermənistana gedir

60
(Yenilənib 17:35 19.04.2016)
Bu həftənin cümə günü Ermənistana gedəcək Sergey Lavrov, orada bir sıra ikitərəfli görüşlər keçirəcək. Görüşlər zamanı Dağlıq Qarabağ mövzusu da müzakirə ediləcək.

BAKI, 19 apr — Sputnik. Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti müzakirə etmək üçün aprelin 22-də Yerevana səfər edəcək. Sputnik mid.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Moskvada jurnalistlərlə görüşü zamanı məlumat verib.

Bu həftənin cümə günü Ermənistana gedəcək Sergey Lavrov, orada bir sıra ikitərəfli görüşlər keçirəcək. "Əlbəttə ki, Dağlıq Qarabağ mövzusu da müzakirə ediləcək və mərkəzi mövzulardan biri olacaq", — deyə M.Zaxarova bildirib.

Onun sözlərinə görə, Moskva münaqişə tərəfləri ilə əlaqəni heç vaxt kəsməyib: "İşlər bitmir. Təbii ki, atıla biləcək konkret addımlardan söhbət gedir".

60
Teqlər:
Mariya Zaxarova, İrəvan, Sergey Lavrov, Rusiyanın xarici işlər naziri, Bakı
Əlaqədar
Sergey Lavrov: Danışıqlar masasında bir neçə variant qalır
Lavrov: Bütün tərəflər Dağlıq Qarabağda atəşin bərpa olunmaması üçün səylər göstərirlər
Lavrov cəbhədəki gərginlikdən danışdı: "Ankaranı mühakimə etməyəcəyik"
Sergey Lavrov da işə qarışdı
Sergey Lavrovun Azərbaycana səfərinin tarixi dəqiqləşdirilir