Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri

Azərbaycan, İran Rusiya xarici işlər nazirləri nədə razılığa gəliblər?

80
Tərəflər etiraf ediblər ki, təhlükəsiz və etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək

BAKI, 7 apr — Sputnik. "Görüşün yekununda tərəflər ölkələrin regional və beynəlxalq məsələlər üzrə dialoq və qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcək xarici işlər nazirlərinin üçtərəfli formatda görüşünün vacibliyini vurğuladılar".

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyasının xarici işlər nazirlərinin üçtərəfli görüşünün nəticələri ilə bağlı, Azərbaycan XİN-in mətbuata açıqlamasında deyilir. Bildirilir ki, tərəflər bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası münasibətləri daha da inkişaf etdimək və gücləndirmək barədə razılığa gəliblər.

"Xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn ümum qəbul olunmuş norma və prinsiplərinə sadiqliklərini təsdiq etdilər. Bu konteksdə onlar həmçinin regiondakı münaqişələrin həllinin asanlaşdırılmasına dair qərarlı olduqlarını vurğuladılar", — XİN-in açıqlamasında deyilir.

Qeyd olunur ki, tərəflər regional sabitlik və təhlükəsizliyə yeni çağırış və təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyini qeyd etdilər, bununla əlaqədar olaraq terrorçuluq, ekstremizm və transmilli mütəşəkkil cinayətkarlıq və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məqsədilə sıx fəaliyyət göstərməyə hazırlıqlarını ifadə etdilər: "Tərəflər iqtisadiyyat, enerji, nəqliyyat, infrastruktur, mədəniyyət, turizm, biznes, gənclər mübadiləsi, eləcə də konsulluq və gömrük sahəsində üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi və üç ölkənin regionları və əyalətləri arasında təmasların təşviq edilməsi barədə razılığa gəldilər".

Xarici işlər nazirləri ticarət-iqtisadi əməkdaşlığın bərabərhüquqlu və qarşılıqlı fayda prinsipləri əsasında təşvıqinin zəruriliyini vurğuladılar. Sərmayə layihələrinin reallaşdırılması və yeni texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması üzrə maraqlarını ifadə ediblər. Tərəflər Xəzər dənizinin sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi qorunub-saxlanılmasına yönəlmiş hərtərəfli səyləri davam etdirməyə əzimli olduqlarını təsdiq etdilər. Tərəflər Xəzər dənizin hüquqi statusuna dair Konvensiyanın ən qısa müddətdə yekunlaşmasına dair razılığa gəliblər.

"Tərəflər etiraf etdilər ki, təhlükəsiz və etibarlı alternativ tranzit dəhlizləri regionun inkişafı üçün yeni imkanlar yaradılmasına xidmət edəcək və onların xalqlarının rifahına töhfə verəcək. Tərəflər bazar iqtisadiyyatı, azad rəqabət və qarşılıqlı fayda prinsipləri əsasında avtomobil və dəmir yolu, dəniz nəqliyyatının və yüklərin daşınma vasitələrinin şaxələndirilməsinə sadiqliklərini təsdiq etdilər. Xarici işlər nazirləri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üzrə layihələrin daha da təşviqi və dəstəklənməsinin vacibliyini qeyd etdilər", —deyə Azərbaycan XİN bildirir.

Bundan başqa, tərəflər sahəvi qurumlar və təşkilatlar formatında yuxarıda qeyd edilən istiqamətlərin müzakirəsi mövzusunda razılığa gəliblər. Eyni zamanda tərəflər öz dövlət başçılarının təlimatına uyğun olaraq, birinci zirvə toplantısının hazırlanmasına dair müzakirələrin başlanmasına razılaşıblar.

80
Teqlər:
razılıq, görüş, XİN, İran, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycan həqiqətləri ilə bağlı Ağ Evə petisiya təqdim olunur
"Ümid edək ki, bu dəfə Ermənistan konstruktiv mövqe nümayiş etdirəcək"
Rusiyadan Qarabağ mesajı: "Məsələnin həllinə çox yaxınıq"
Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin üçtərəfli görüşü başladı