Məmməd Əhmədzadə, Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri

"Ümid edək ki, bu dəfə Ermənistan konstruktiv mövqe nümayiş etdirəcək"

42
Azərbaycanın İtaliyadakı səfiri: "Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına əməl etmək əvəzinə münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atır"

BAKI, 7 apr — Sputnik. "Ermənistanın hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon olmaqla, Azərbaycanın 20% ərazisi işğal altına düşüb. Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozaraq, işğal olunmuş ərazilərdə mülki azərbaycanlı əhaliyə qarşı qətliam törətdib və bir milyon azərbaycanlını öz torpaqlarından qovaraq etnik təmizləmə həyata keçirib".

Bu fikirləri Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, cəbhə bölgəsindəki son vəziyyətlə bağlı İtaliyanın "AGİ" xəbər agentliyinə verdiyi müsahibədə səsləndirib. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni tərəfinin təxribatları nəticəsində baş vermiş gərginliyə diqqəti çəkən səfir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını tələb edən BMT TŞ-nin 4 qətnaməsinə, BMT Baş Assambleyası, ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun müvafiq sənədlərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin status-kvonun qəbuledilməz olduğu və onun dəyişməsinin vacibliyi kimi bəyanatlarına Ermənistan tərəfindən məhəl qoyulmayıb.

"Ermənistan beynəlxalq ictimaiyyətin çağırışlarına əməl etmək əvəzinə münaqişənin sülh yolu ilə həllinə mane olmaq üçün müxtəlif təxribatlara əl atır. Münaqişənin həllində irəliləyişə nail olmaq və regionda davamlı sülhü təmin etmək üçün beynəlxalq ictimaiyyət Ermənistandan ilk növbədə Azərbaycanın işğal olunmuş bütün ərazilərindən silahlı qüvvələrini çıxartmasını qəti şəkildə tələb etməlidir", —səfir bəyan edib.

Məsələ ilə bağlı Azərbaycan diplomatı Ermənistanı Azərbaycana qarşı davam etdirdiyi təcavüzünə görə sərt şəkildə qınaması və ondan BMT Təhlükəsizlik Şurası qətnamələrinin yerinə yetirilməsini tələb etməsi üçün İtaliya tərəfinə çağırış edib: "Ümid edək ki, nəhayət bu dəfə Ermənistan baş verənlərdən nəticə çıxaracaq, danışıqlarda konstruktiv mövqe nümayiş etdirəcək və silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş ərazilərindən çıxaracaq".

42
Teqlər:
Məmməd Əhmədzadə, Azərbaycanın İtaliyadakı səfiri, işğal, 7 rayon, Dağlıq Qarabağ, Ermənistanın hərbi təcavüzü
Əlaqədar
Erməni gülləsi Naxçıvana çatmır
Düşmən yaralıları təxliyə edən sanitar tibb maşınını atəşə tutub
"Erməniləri hələ çox "sürprizlər" gözləyəcək"
Naxçıvan istiqamətində də atəşkəs pozulub
Angela Merkel Dağlıq Qarabağa görə məsuliyyət daşıdığını bildirib
Serj Sarkisyanı Berlinə getməyə peşman etdilər