Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən görüşü

Rusiyadan Qarabağ mesajı: "Məsələnin həllinə çox yaxınıq"

244
Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri qapalı görüşləri ilə bağlı mətbuat konfransı keçiriblər. Nazirlər görüşdə regionda bütün mühüm məsələlərin müzakirə edildiyini bildiriblər.

BAKI, 7 apr — Sputnik. Bu gün Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakıda keçirilən qapalı görüşündən sonra mətbuat konfransı keçirilib.

Sputnik-in məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif üçtərəfli görüşün təşkilinə və qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü bildirib.

"Biz ilk növbədə nəqliyyat dəhlizi ilə bağlı əməkdaşlıq məsələlərini müzakirə etdik. Bununla yanaşı, terrorizm, ekstremizm, mədəniyyət, turizm, kəşfiyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdik", —deyə Zərif qeyd edib.

Onun sözlərinə görə, bu cür əməkdaşlıq hər üç ölkənin xalqlarının maraqlarına uyğundur: "Bu, regionda təhlükəsizliyin, sülhün təmin edilməsi üçün vacibdir".

Rusiyanın XİN rəhbəri Sergey Lavrov deyib ki, yeni format barədə hər üç ölkənin prezidentləri razılaşma əldə ediblər: "Prezidentlər bu üçtərəfli formata maraqlı olduqlarını bildirdilər. Görüş kifayət qədər faydalı oldu. Əməkdaşlığın fərqli istiqamətləri müəyyən olundu. İqtisadiyyat, energetika, nəqliyyat, təhlükəsizlik kimi istiqamətlər müzakirə olundu".

Lavrov görüşdə Dağlıq Qarabağ probleminin də müzakirə edildiyini vurğulayıb: "Sülhün bərqərar olmasının vacibliyini qeyd etdik. Rusiyanın baş naziri Dmitriy Medvedyev sabah Bakıda olacaq. Təmas xəttində tərəflərin bir-birinə etimad, etibar məsələsi vacibdir. Bu o demək deyil ki, biz münaqişənin siyasi həll yollarını axtarmamalıyıq. Məncə, məsələnin həllinə çox yaxınıq. Regionda təhlükəsizliyin təmin edilməsi vacibdir".

244
Teqlər:
Məhəmməd Cavad Zərif, İran, XİN, Elmar Məmmədyarov, Sergey Lavrov, Rusiya, Azərbaycan
Əlaqədar
Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri aprelin 7-də Bakıda görüşəcəklər
Azərbaycan, Rusiya və İran xarici işlər nazirlərinin Bakı görüşü olacaq
Azərbaycan öz xarici siyasət kursunu dəyişir?
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü başlayıb
Türkiyənin xarici işlər naziri Bakıdadır
Xarici işlər naziri istefa verdi