İlham Əliyev və ABŞ dövlət katibinin müavini Tomas Şennon

İlham Əliyev Vaşinqtonda Qarabağ ətrafında baş verənləri müzakirə edib

93
(Yenilənib 21:33 02.04.2016)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.

BAKI, 2 aprel-Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.

Sputnik presizdent-az-a istinadla bildirir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan Prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə edib, bu səfərin uğurla keçdiyini vurğulayıb. Prezident İlham Əliyev səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini bildirib.

ABŞ dövlət katibinin müavini Tomas Şennon dövlət başçısının Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırıb. O, ABŞ-ın Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib və əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

93
Teqlər:
ABŞ dövlət katibinin müavini Tomas Şennon, Ermənistan-Azərbaycan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Dağlıq Qarabağ, İlham Əliyev, Vaşinqton
Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)
Əlaqədar
İlham Əliyev Ağ Evdə Barak Obama ilə görüşüb
Dünya liderləri bir arada: Vaşinqton sammiti başladı
İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədov

Azərbaycan Türkmənistan xalqlarının həyatında tarixi hadisə baş verib - Berdiməhəmmədov

11
(Yenilənib 10:55 24.01.2021)
Berdıməhəmmədov Türkmənistan Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir. 

BAKI, 24 yanvar - Sputnik. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasının iki ölkənin və xalqın həyatında tarixi hadisə olduğunu bəyan edib. 

Sputnik Azərbaycan Türkmənistan mediasına istinadla xəbər verir ki, Q.Berdiməhəmmədov Türkmənistan Nazirlər Kabinetinin videokonfrans formatında keçirilən iclasında bildirib ki, Anlaşma Memorandumu Türkmənistan və Azərbaycanın energetika sahəsində əməkdaşlığında yeni mərhələdir. 

Türkmənistan Prezidenti qeyd edib ki, Anlaşma Memorandumu Xəzər regionuna yeni böyük investisiya axınına zəmin yaradır, ölkə iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına, insanların həyat səviyyəsinin yüksəlməsinə güclü stimul verir. 

11
Teqlər:
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov, Qurbanqulu Berdiməhəmmədov
Donald Tramp, arxiv şəkli

İran Donald Trampdan intiqam almaq niyyətindədir

17
Paylaşımda ABŞ PUA-sından endirilən zərbə zamanı ölən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamının alınacağı vurğulanıb.

 

BAKI, 24 yanvar — Sputnik. İranın dini lideri ayətullah Əli Xamenei "Twitter" hesabında paylaşdığı bir şəkil ilə ABŞ-ın keçmiş prezidenti Donald Trampı hədələyib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, paylaşımda Donald Trampa bənzər bir qolfçu pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınmış şəkildə göstərilib.

Xameneinin Trampı təhdid edən paylaşımında ABŞ PUA-sından endirilən zərbə zamanı ölən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin intiqamının alınacağı vurğulanıb.

 Bu paylaşımdan sonra "Twitter" qaydaların pozulduğunu əsas gətirərək Xameneinin hesabını dayandırıb.

"Twitter" daha əvvəl Trampın hesabını şiddətə təhrik etmə riski səbəbindən bağlamışdı.

Xatırladaq ki, 2020-ci il yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasim Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülmüşdü. İran Ali dini lideri Əli Xamaneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan etmişdi.

 

17
İlon Mask, arxiv şəkli

Orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılılıb

0
Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

BAKI, 24 yanvar - Sputnik. "SpaseX" şirkəti bu gün "Falcon-9" raket daşıyıcısının 143 raketlə orbitə buraxılışını həyata keçirib.

Sputnik Azərbaycan xəbər verir ki, start ABŞ-ın şərq sahili vaxtı ilə saat 10:00-da (19:00 GMT+4) Kanaveral (Florida ştatı) kosmodromunda baş tutub.

Daşıyıcı raketin göyərtəsində 133 dövlət və kommersiya peyki var. Bundan əlavə, həmin buraxılışa 10 "Starlink" internet mikro-peyki daxildir. Şirkətdən bildirirlər ki, bu, orbitə bir dəfəyə rekord sayda kosmik aparat çıxarılan ilk buraxılışdır.

Peyklər sartdan təxminən bir saat sonra yerətrafı orbitə buraxılıb.

0