Əlimusa İbrahimov, BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru

"Miqrant böhranı Türkiyə - AB münasibətlərini yeni müstəviyə çıxardı"

72
Politoloq Əlimusa İbrahimov: "Ankara rasional şəkildə hərəkət edə bilsə, uzun müddət Avropa Birliyinin ona vermək istəmədiyi güzəştləri çox qısa zamanda əldə edə biləcək"

BAKI, 23 mart — Sputnik. "Qanunsuz miqrant probleminin qabarması ilə Türkiyə-Avropa Birliyi münasibətləri yeni mərhələyə qədəm qoydu". Bunu Sputnik-ə açıqlamasında BDU-nun siyasi elmlər üzrə fəlsəfə doktoru Əlimusa İbrahimov deyib.

Qaçqın probleminin gündən-günə böyüməsi kontekstində Türkiyə ilə İttifaq arasında yeni mərhələ başladığını deyən politoloq, hazırki durumun Türkiyə üçün bir şans olduğunu bildirib. Onun sözlərinə görə, qaçqın məsələsində əldə olunan razılaşmalar yaxın gələcəkdə bonus şəklində Avropa Birliyinin Türkiyə ilə münasibətlərinə əlavə olunacaq.

"Bu mərhələdə Türkiyə rasional şəkildə hərəkət edə bilsə, uzun müddət Avropa Birliyinin ona vermək istəmədiyi güzəştləri çox qısa zamanda əldə edə biləcək", —deyə politoloq edy edib.

Ə. İbrahimov qeyd edib ki, 2015-ci il Avropa Birliyi üçün uğurlu başlamadığı kimi, yaxşı da bitmədi: "İlin əvvəlindən sərhədləri işğal edən 950 min qaçqın ilin sonuna qədər 3 dəfə artdı və yenə artmaqda davam edir. Qaçqınlar probleminin Avropa üçün böyük təhlükə olacağını proqnozlaşdıranlar 2016-cı iln əvvəllərində artıq haqlı idilər. Qanunsuz miqrant probleminin qabarması ilə Türkiyə — AB münasibətləri yeni mərhələyə qədəm qoydu".

Türkiyənin milyonlarla qaçqının öhdəsindən təkbaşına gələ bilməyəcəyini anladığını deyən politoloq, rəsmi Ankaranın beynəlxalq arenada çox ciddi diplomatik manevrlər başlatdığını söyləyib: "Suriya və İraqdan gələn milyonlarla qaçqının yükünü daşıyan Türkiyə nəhayət tranzit və ev sahibi ölkə kimi bu problemin qarşısında təkbaşına davam gətirə bilməyəcəyini dərk etdi. Nəticədə Ankara qanunsuz miqrant axınını hüquqi məcraya salmaq üçün çox ciddi diplomatik manevrə başlatdı. Öncə prezident Tayyib Ərdoğan Avropa Birliyi liderlərinə xəbərdarlıq etdi ki, Avropa ölkələri qaçqınlarla bağlı əvvəllər verdikləri vədləri yerinə yetirmədikləri təqdirdə onun ölkəsi artıq miqrant axınının qarşısında təhəmmül etmək fikrində deyil və digər ölkələr kimi o da ən sadə və asan yola əl ataraq qaçqınların Avropa ölkələrinə keçmələri üçün yaratdıqları bütün maneələri aradan qaldıracaq".

Əlimusa İbrahimov, qaçqın məsələsində Ərdoğanın haqlı olduğunu qeyd edib: "Ərdoğan haqlı olaraq elan etdi ki, Türkiyə artıq 3 milyondan yuxarı qaçqına humanitar əsaslarla ev sahibliyi edir və Avropa rəhbərlərinin Türkiyəni sərhədlərinin təhlükəsizliyinə görə tənqid etməyə haqları yoxdur. Qoy onlar əvvəlcə öz ölkələrində öhdələrinə düşənləri yerinə yetirsinlər".

Politoloq, müsəlman qaçqınları özləri üçün ağır yük görən Avropanın Türkiyəyə ciddi güzəştlərə getməyə məcbur qaldığını deyib: "Avropa liderlərinin heç gözləmədikləri halda Türkiyə danışıqlar masası üzərinə yeni sürprizlər çıxarmağa başladı. Qanunsuz qaçqın axınının qarşısını almaq üçün üzərinə yeni öhdəliklər götürən Türkiyə bunun əvəzində eyni zamanda onların maliyyə təminatı və Avropa Birliyinə Türkiyənin qəbulu istiqamətində yeni güzəştlər tələb etdi".

"Ankaranın dövriyyəyə buraxdığı "ver və əldə et" paketi danışıqlarda öz bəhrəsini verməyə başlayır. O artıq Gomrük Birliyi danışıqlarının yenidən başlanması, Türkiyə vətəndaşları üçün vizanın qaldırılması, Türkiyədə məskunlaşan qaçqınlar üçün nəzərdə tutulan yardımın 3 milyard avrodan 6 milyard avroya qaldırılması istiqamətində ilkin razılıq əldə edib. Əldə edilən digər razılaşmaya görə Avropa Birliyi Yunanıstandan Türkiyəyə keçən hər qanunsuz qaçqın əvəzində Türkiyədən bir nəfər qaçqın qəbul etməyi öhdəsinə götürür", —deyə siyasi şərhçi qeyd edib.

Politoloq sonda əlavə edib ki, Türkiyənin AB-yə qəbul edilməsinin qatı əleyhinə olan ölkələr ya Almaniya kimi onun tərəfinə keçərək bu hərəkəti böyük qəhrəmanlıq kimi qiymətləndirdi, ya da Fransa kimi sakit dayanaraq səssiz qalmağı üstün tutdu.

72
Teqlər:
Avropa Birliyi, Avropa İttifaqı, miqrant, Türkiyə, qaçqın
Əlaqədar
Almaniyanın Türkiyədəki səfirliyi bağlanıldı
Türkiyə prezidentinin Bakıya səfəri təxirə salındı
"ABŞ-ın terrorçulara ötürdüyü silahlar Türkiyəyə tuşlanır"
Suriyadan atılan mərmilər Türkiyə ərazisinə düşüb
"Avropa İttifaqı 3 milyardı Türkiyəyə ödəməyəcəksə, öz bəxtindən küssün"
AB və Türkiyə miqrasiya böhranının həlli prinsiplərini razılaşdırıblar