SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"148 şəxsin azadlığı buraxılması ilə bağlı yaxşı xəbər aldım"

© focus.uaPedro Aqramunt
Pedro Aqramunt - Sputnik Azərbaycan
Abunə olmaq
AŞPA-nın sədri Pedro Aqramunt: Mən Azərbaycan hakimiyyət nümayəndələri ilə saxlanılan şəxslərlə bağlı işləməyə davam edəcəyəm.

BAKI, 17 mart-Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı AŞPA rəhbərliyi məmnuniyyətlə qarşılayıb. 

AŞPA-nın rəsmi saytı bu barədə qurumun rəhbəri Pedro Aqramuntun fikirlərini manşetinə daşıyıb.
Sputnik-in məlumatına görə, Aqramunt deyib:

"Azərbaycanda 148 nəfərin azad edilməsi ilə bağlı vacib təşəbbüsü alqışlayıram. Bu gün Azərbaycanda Vatslav Havel mükafatının sahibi Anar Məmmədli, siyasi fəallar, jurnalistlər, insan haqları müdafiəçiləri də daxil olmaqla, 148 şəxsin azadlığı buraxılması ilə bağlı yaxşı xəbər aldım."

Saytda azadlığa buraxılanların siyahısında bu adlar xüsusilə qeyd edilib:

İnsan hüquq müdafiəçiləri Taleh Xasməmmədov, Rəsul Cəfərov, Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, NİDA vətəndaş hərəkatının üzvləri — Rəşad Həsənov, Rəşadət Axundov, Məmməd Əzizov, Ömər Məmmadov,Vaclav Havel mükafatının sahibi Anar Məmmədli, Musavat Partiyasının üzvləri Tofiq Yaqublu, Yadigar Sadiqov, Sirac Kərimov, jurnalistlər Pərviz Həşimov, Hilal Məmmədov, Rauf Mirqədirov.

Bu ayın əvvəlində Azərbaycan prezidenti, parlamentin sədri və xarici işlər naziri ilə görüşlər keçirdiyini xatırladan P. Aqramunt bu məsələ ilə bağlı ona təminat verildiyini bildirib: "Mən çox şadam ki, bu təminatlara əməl edildi. Mən Azərbaycan hakimiyyət nümayəndələri ilə saxlanılan şəxslərlə bağlı işləməyə davam edəcəyəm".

Xəbər lenti
0