İlham Əliyev - Gəncə ziyarəti

İlham Əliyev: Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar

48
(Yenilənib 19:42 17.02.2016)
Azərbaycan prezidenti: Yaxın Şərqdə vuruşanların əksəriyyəti anlamır, bilmir ki, kimin tərəfində vuruşur, kimin maraqlarını müdafiə edir.

BAKI, 17 fev-Sputnik. "Son illər dünyada, xüsusilə Yaxın Şərqdə xarici müdaxilədən əziyyət çəkən insanlar canlarını qurtarmaq üçün böyük əziyyətlərə qatlaşaraq, təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Orada isə onlara qarşı bəzi hallarda nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır".

Sputnik APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Gəncədə "İmamzadə" dini kompleksində ictimaiyyət nümayəndələri və din xadimləri ilə görüşdə deyib.

Azərbaycanın da ötən əsrin 90-cı illərinin əvvəllərində humanitar fəlakətlə üzləşdiyini, 1 milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən prezident İlham Əliyev ölkəmizin bu böhranın öhdəsindən təkbaşına gəldiyini diqqətə çatdırıb.

Dövlət başçısının sözlərinə görə, bu gün müşahidə olunan immiqrant probleminin digər tərəfi Avropada radikal meyllərin arması ilə bağlıdır ki, bu da özlüyündə dinlərarası münasibətlərdə böhrana gətirib çıxara bilər.


2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edildiyini deyən prezident İlham Əliyev keçən il Bakıda Avropa oyunlarının, gələn il isə İslam həmrəyliyi Oyunlarının keçiriləcəyini deyib: "Bütün bunlar bölgədə və dünyada sabitliyə töhfə verib. Biz öz yolumuzla gedirik, başqa ölkələrin daxili işinə qarışmırıq və belə bir fikrimiz də yoxdur. Heç bir ölkəyə imkan vermirik ki, verməyəcəyik ki, daxili işlərimizə qarışsın. Nə qədər bizə təzyiqlər və təhdidlər olsa belə, biz bu yoldan dönməyəcəyik. Ona görə biz öz sözümüzü deyirik. Harada vəziyyətin ağır olduğunu görürük, sözümüzü deyirik, yol göstəririk, öz nümunəmizi təklif edirik. Sadəcə kimisə tənqid etmək üçün hansısa fikirləri səsləndirmirik. Deyirik ki, baxın bu məsələ Azərbaycanda necə həll olunub. Niyə Azərbaycanda bu mümkündür? Niyə Azərbaycanda xalq vahid ideya, amal uğrunda birləşə bilir? Niyə başqa ölkələrdə süni səbəblər üzündən bir-birini öldürür, qanını tökürlər?

Yaxın Şərqdə vuruşanların əksəriyyəti anlamır, bilmir ki, kimin tərəfində vuruşur, kimin maraqlarını müdafiə edir. Qardaş qanı axıdırlar, şəhərləri dağıdırlar. Elə günə salırlar ki, o şəhərlərin bərpası, o ölkələrin bərpası bundan sonra mümkün olmayacaq. Niyə görə? Çünki təbliğat, xarici təsir və hakimiyyətlərin zəifliyi var. Harada hakimiyyət möhkəmdir, xalqla bir yerdədir, heç bir kənar qüvvə bu hakimiyyətin iradəsinə təsir edə, hakimiyyəti heç bir avantüraya çəkə bilməz. Bir də demək istəyirəm, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü deyir, öz siyasətini aparır. Bizim gücümüzün mənbəyi də Azərbaycan xalqıdır".

48
Teqlər:
Gəncə, İlham Əliyev, Yaxın Şərq, Azərbaycan prezidenti İlham Əliyev, multikulturalizm, Multikulturalizm, Bakı, Avropa Oyunları, İmamzadə, Avropa
Əlaqədar
İlham Əliyev: Biz erməni xalqını deyil, Ermənistan hökumətini ittiham edirik
İlham Əliyev: Yaxın illərdə neft və qaz qiymətlərindən asılılıq aradan qaldırılacaq
İlham Əliyevin Suriya mesajlarının pərdəarxası
İlham Əliyev Londonda "Suriyaya və regiona dəstək" konfransında iştirak edir
İlham Əliyev Böyük Britaniyaya getdi
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

17
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.

BAKI, 17 sentyabr - Spotnik. Döyüşlərin, dağıntıların acı xatirələri hər zaman qalacaq, lakin əsas odur ki, biz gələcəyə doğru baxaq. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfəri əsnasında deyib.

Aİ rəsmisi bildirib ki, oxşar təcrübəni Avropa İkinci Dünya müharibəsində yaşayıb:

“İkinci Dünya müharibəsindən sonra bizim liderlər bəyan etdilər ki, yeni yol tapmaq lazımdır, biz birgə yaşamağa və irəliyə doğru getməliyik. Düşünürəm ki, Avropa İttifaqının bu təcrübəsini Azərbaycanla, Ermənistanla və ümumilikdə Cənubi Qafqazla bölüşə bilərik. İki dünya müharibəsinin çox acı irsinin, nəticələrinin öhdəsindən gəlmək təcrübəmiz bəlkə də burada irəliyə getmək üçün bir yoldur. Biz regionda fərqli gələcəyin qurulmasına kömək etmək üçün Azərbaycanla, Ermənistanla, Cənubi Qafqazla birlikdə çalışmaq istəyirik. Acı xatirələr var, amma biz gələcəyə baxmalıyıq".

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub. T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.

E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə nə danışıb?

17
Teqlər:
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub

Aİ-nin xüsusi nümayəndəsi düşmənin Ağdamdakı vandallıqları ilə tanış olub

12
T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.

BAKI, 17 sentyabr — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.

E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb.

Həmçinin oxuyun:

Qarabağda yeni iqtisadiyyat quruculuğuna həsr olunmuş konfrans öz işinə başlayıb

12
Teqlər:
Avropa İttifaqı, Ağdam
Один из авторов рейтинга DB Симеон Дянков

Doing Business reytinqi ətrafında qalmaqal: Azərbaycanın göstəricilərini kim aşağı salıb?

3
(Yenilənib 20:16 17.09.2021)
WilmerHale şirkətinin apardığı yoxlama nəticəsində məlum olub ki, ölkədə aparılmış islahatları nəzərə almamaq barədə tapşırıq bolqar iqtisadçısı, DB-nin inqişaf iqtisadiyyatı üzrə keçmiş direktoru, Bakıya qarşı düşmən mövqedə olan Simeon Dyankov tərəfindən verilib.

BAKI, 17 sentyabr - Sputnik. Dünya Bankı (DB) bundan belə müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcək və gələcəkdə ölkələrdəki işgüzar və investisiya mühitinin qiymətləndirilməsi üçün yeni yanaşmalar işləyib hazırlayacaq.

ABŞ-ın WilmerHale hüquq şirkətinin dünya bankının sifarişi ilə dərc etdirdiyi hesabatın müəllifləri belə bir nəticəyə gəliblər ki, Bankın rəhbərliyi Çinin biznes reytinqinin yaxşılaşdırılması üçün əməkdaşlara təzyiq göstərib. Qeyd lolunur ki, 2018-ci il üçün Çinin reytinqdə mövqeyi yeddi pillə yuxarı göstərilib. Bundan əlavə Səudiyyə Ərəbistanı və BƏƏ-nin də reytinqi süni olaraq artırılıb, Azərbaycanın göstəriciləri isə, əksinə, aşağı salınıb.

DB-nin keçmiş icraçı direktoru və Beynəlxalq Valyuta Fondunun (BVF) hazırkı amir-direktoru Kristalina Georgiyeva əməkdaşlara təzyiq göstərməsi barədə fikirləri inkar edir.

“Mən DB-nin 2018-ci il Doing Business hesabatında mənim roluma dair pozuntularla bağlı təhqiqatın nəticələri və şərhlərlə qəti şəkildə razı deyiləm”, - deyə o bildirib.

İtmiş KPI (əsas səmərəlilik göstəriciləri)

Ötən yay DB müxtəlif ölkələrdə biznesin aparılması şərtləri barədə illik Doing Business reytinqini dərc etməyəcəyini bildirmişdi. Səbəb hesabatlardakı məlumatların düzgün təhlil olunmasının dəqiqləşdirilməsi idi.

Beləliklə bank son beş hesabatdakı məlumatların yoxlanılacağına söz verərək World Bank Group-a Doing Business üçün məlumatların toplanması və emalının daxili auditinin keçirilməsinə dair müraciət etmişdi.

Aparılmış tədqiqat nəticəsində məlum oldu ki, Doing Business 2020 hesabatında Azərbaycan-a dair üç istiqamətdə (“Elektrik şəbəkələrinə qoşulma”, “Müqavilələrin icrası”, “Sərhəd ticarəti” indikatorları üzrə) göstəricilər lazımi şəkildə dəyərləndirilməyib: balların sayı süni şəkildə aşağı salınıb. WilmerHale şirkətinin apardığı yoxlama nəticəsində məlum olub ki, ölkədə aparılmış islahatları nəzərə almamaq barədə tapşırıq bolqar iqtisadçısı, DB-nin inqişaf iqtisadiyyatı üzrə keçmiş direktoru, Bakıya qarşı düşmən mövqedə olan Simeon Dyankov tərəfindən verilib.

Doing Business 2020 hesabatında müvafiq düzəlişlər etdikdən sonra Azərbaycan-ın xalları 76,7-dən 78,5-ə qaldırılıb. Bununla da ölkənin dünya reytinqində mövqeyi 34-dən 28-ə yüksəlib (ümumilikdə reytinqdə 191 ölkə nəzərdə tutulub). Buna baxmayaraq, yenə də pis təəssürat qalıb.

Yeri gəlmişkən, keçmiş əməkdaşları bir ağızdan Dyankovun “tiran”, “kobud”, “zəhərli” insan olduğunu deyiblər.

Başqasının ölçüsü ilə özünə don biçmək lazım deyil

Bakıda WilmerHale-in tədqiqatının nəticələrini pisləyirlər.

“Məgər biz Qarabağın bərpasında “sivil dünyanın” yardımına ümid etməyimizə dəyərmi?”, deyə qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev ritorik sual verir.

O qeyd edir ki, ölkənin taleyi yalnız azərbaycanlıların əlindədir, beynəlxalq institutların demokratiya barədə dedikləri gəlişi gözəl sözlər isə tamamilə boş danışıqdır.

Mənim yuxarıda dediklərim Qərb ölkələrinə inkişaf etməyə imkan verən dövlət idarəçiliyi prinsiplərini tətbiq etməli olmadığımız anlamına qətiyyən gəlməməlidir.

Amma bu, başqalarının nümunəsinin kor-koranə tətbiqi olmamalı, bugünkü vəziyyət unudulmamalıdır (mədəni xüsusiyyətlər, qlobal çağırışlar, milli maraq və məqsədlər). Mən əminəm ki, bu gün bizim əsas vəzifəmiz Qarabağın bərpasıdır. Bu onun dirçəlişi və Böyük Azərbaycana yenidən inteqrasiyasıdır. Və buna həmrəylik, ümummilli birlik, bu müqəddəs məqsədə çatmaq yolunda özünü qurban verməyə hazır olmadan nail olmaq sadəcə mümkünsüzdür. Bizi məqsədli şəkildə reytinqlərdə aşağı yerlərə salacaq, faktları təhrif edəcəklər”, - deyə Hacıyev bildirib.

Biznes mühitini reytinqlərsiz də yaxşılaşdırmaq lazımdır

Rusiyada biznes mühitinin yaxşılaşdırılması məsələsi DB-nin Doing Business hesabatından asılı olmayaraq əsas məsələ olaraq qalır. Bunu cümə günü jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biznes mühitinin yaxşılaşdırılması hansısa reytinqlərlə bağlı deyil. Reytinq bir ölçüdür. Məsələ isə hecə var idisə, eləcə də qalır”, - deyə Peskov vurğulayıb.

Həmçinin oxuyun:

Daha Doing Business reytinqi dərc olunmayacaq

3
Teqlər:
Dünya Bankı, hesabat