SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: İran-Azərbaycan əməkdaşlığı strateji əhəmiyyət daşıyır

© Photo : AZƏRTACİranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 37-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib
İranın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – İslam İnqilabının 37-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – İslam İnqilabının 37-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

BAKI, 10 fev — Sputnik. Fevralın 10-da İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – İslam İnqilabının 37-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Sputnik xəbər verir ki, səfir Möhsün Pakayin İranın inqilabdan ötən 37 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində müxtəlif sahələrdə böyük uğurlar əldə edildiyini vurğulayıb.

O bildirib ki, İranın "altılıq" ölkələri ilə apardığı danışıqlar bəhrəsini verir. Səfir deyib ki, İran və Azərbaycan arasındakı konstruktiv əməkdaşlıq strateji əhəmiyyət daşıyır. Son zamanlar iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, görüşlər əlaqələrimizin daha da genişlənməsinə təkan verib.

Çıxış edən energetika naziri Natiq Əliyev Milli bayram münasibətilə İran xalqını təbrik edib.

N.Əliyev bildirib ki, İranla Azərbaycan arasında zəngin əlaqələr və çoxəsrlik qardaşlıq münasibətləri mövcuddur. Nazir vurğulayıb ki, müasir dövrdə Azərbaycanla İran rəhbərləri tərəfindən bu siyasət uğurla davam etdirilir və iki ölkə arasında bütün sahələrdə əlaqələr yüksək səviyyəyə çatıb. İki ölkə arasında energetika, nəqliyyat və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi region üçün böyük əhəmiyyət kəsb edir.

Nazir deyib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması ölkənin sürətli inkişafına təkan verəcək.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

© Photo : AZƏRTACTədbir iştirakçıları
Tədbir iştirakçıları - Sputnik Azərbaycan
Tədbir iştirakçıları

Xəbər lenti
0