Məhəmməd Tağı Xəlili, Əfqanıstanın Azərbaycandakı səfiri

"Ölkəmizdə Azərbaycan səfirliyinin açılmasını gözləyirik"

111
(Yenilənib 11:41 09.02.2016)
Məhəmməd Tağı Xəlili: "Bəzən bizim iş adamları viza almaq istəyir. Amma səfirliyin olmaması müəyyən çətinliklər yaradır. Səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm"

BAKI, 9 fev — Sputnik. "Əfqanıstan Azərbaycanın Kabildə səfirlik açmasını gözləyir. Ümid edirik ki, yaxın zamanda Kabildə Azərbaycan səfirliyinin binası açılacaq". Sputnik xəbər verir ki, bunu "Report"a müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili deyib.

O, səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əmin olduğunu deyib: "Azərbaycanın Əfqanıstanda diplomatik missiyasının açılışı ölkələr arasındakı münasibətlərini daha da möhkəmləndirəcək. Bəzən bizim iş adamları viza almaq istəyir. Amma səfirliyin olmaması müəyyən çətinliklər yaradır. Səfirliyin açılmasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyinə əminəm".

111
Teqlər:
Məhəmməd Tağı Xəlil, Kabil, Əfqanıstan, Azərbaycan, səfir, səfirlik
Əlaqədar
Əfqanıstan prezidenti Azərbaycana gəldi
Moldova hara, Əfqanıstan hara
Pakistan və Əfqanıstandakı zəlzələdə 70-dən çox insan həlak olub
Azərbaycan sülhməramlıları Əfqanıstana yola salınıb
Əfqanıstanda ABŞ təyyarəsi qəzaya uğrayıb: 14 nəfər ölüb