Siyavuş Novruzov

Siyasi partiyaların başı üzərində "qara buludlar"

24
(Yenilənib 18:05 01.02.2016)
Siyavuş Novruzov: "Hər birinin aparatında 10-larla işçi çalışır. Hər bir sədrin 4-5 cangüdəni və bahalı avtomobillərdə gəzir. Sual olunur ki, bu vəsaitlər əgər gəlir və çıxar yoxdursa, hardan əmələ gəlir və bu qaranlıq mənbələr nədən ibarətdir?"

BAKI, 1 fev — Sputnik. ""Siyasi partiyalar haqqında" qanunda müvafiq dəyişikliklərin və əlavələrin olunmasını təklif edirəm. Biz bunu hazırlayıb təqdim edəcəyik. Biz bu qanunda dəyişiklik etmişik ki, büdcədən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar şəffaflığın təmin olunması üçün Mərkəzi Seçki Komissiyasına ildə bir dəfədən az olmayaraq hesabat verməlidir".

Sputnik xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib. O, təəssüf edib ki, bir sıra partiyalar bu qanunda göstərilən müddəanı yerinə yetirmir və bunu da məcbur etmək mexanizmi qanunda nəzərdə tutulmayıb.

"Bu da qeyri-şəffaflıq yaradır. Və yaxud da bir səhifə ağ kağız göndərir ki, bunun maliyyə dövriyyəsi ümumiyyətlə yoxdur", — deputat bildirib.

S. Novruzov qeyd edib ki, hər birinin aparatında 10-larla işçi çalışır: "Hər bir sədrin 4-5 cangüdəni və bahalı avtomobillərdə gəzir. Sual olunur ki, bu vəsaitlər əgər gəlir və çıxar yoxdursa, hardan əmələ gəlir və bu qaranlıq mənbələr nədən ibarətdir? Bu baxımdan istəyirəm ki, bu qanunda dəyişiklik olunsun".

Millət vəkilinin sözlərinə görə, ikinci bir məsələ partiyalararası gərginlikdir. Və bunun tənzimlənməsi üçün qanunda müxtəlif müddəalar ortaya qoyulmalıdır ki, həm mülkiyyət məsələləri, həm ad, həm də digər rekvizitlər məsələsi öz həllini düzgün şəkildə tapsın: "Patiyalar var ki, 20 ildən artıqdır, qeydiyyatdan keçib. Hər bir partiyanın hüquq və vəzifələri var. Bu vəzifələri yerinə yetirmir. Yerinə yetirmirsə, dünya təcrübəsində var ki, bunlar ləğv olunmalıdır. Artıq bu partiyalar alqı-satqı obyektinə çevrilir. Bu məsələlərin də tənzimlənməsi üçün qanunda dəyişikliyə ehtiyac duyulur".

24
Teqlər:
Siyavuş Novruzov, Mərkəzi Seçki Komissiyası, siyasi partiya, "Siyasi partiyalar haqqında" qanun
Əlaqədar
Demokratiya siyasi istismar vasitəsinə çevrilib
Azərbaycan ABŞ siyasi elitasını ölkəyə buraxmaya bilər
Milli Məclisə seçkilərdə siyasi partiyalar 81 yer qazanıb
İslamafobiya: siyasi və ideoloji tərəfləri