SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AŞPA üzvü: məğlubiyyət təşvişi bütün Ermənistanı hərəkətə gətirib

© Photo : APAMillət vəkili Elxan Süleymanov
Millət vəkili Elxan Süleymanov - Sputnik Azərbaycan
Abunə olmaq
Elxan Süleymanov: Ermənistan və onun havadarları bütün resursları ilə AŞPA üzvlərinə yenə də, amma heç vaxt olmadığı qədər güclü təzyiqlər edəcəklər.

BAKI, 11 yan — Sputnik. "Məğlubiyyət təşvişi bütün Ermənistanı, erməniləri və ermənipərəst qüvvələri hərəkətə gətirib. Çünki Ermənistan və onun havadarları bütün resursları ilə AŞPA üzvlərinə yenə də, amma heç vaxt olmadığı qədər güclü təzyiqlər edəcəklər. Mən bu qətnamələr üçün mübarizə apardığım 2 il ərzində bu təzyiqlərin canlı şahidi olmuşam. Onlar bu qətnamə layihələrini AŞPA katibliyinə təqdim etdiyim andan, komitələrdə qəbul olunana qədər bütün mərhələlərdə hər cür təxribatlara əl atırdılar. Qətnamələrin lehinə, Azərbaycanın haqq səsinə səs verən Avropalı parlamentarilər Ermənistanın təkidi ilə dünyanın güc dövlətləri, siyasi liderlər, AŞPA rəhbərliyi tərəfindən güclü təzyiqlərə məruz qaldılar".

Sputnik-in məlumatına görə, bunu millət vəkili, Azərbaycanın AŞPA nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib.

Millət vəkili bildirib ki, Ermənistan mətbuatının yazdığına görə, Ermənistan nümayəndə heyəti bayram günlərində də ciddi iş aparıb, yanvarın 8-dən 25-nə qədər isə Avropa Şurasına üzv olan ölkələrə ezam ediləcək və onlar həmin ölkələrdən AŞPA-da təmsil olunan deputatlarla ayrılıqda söhbətlər aparacaqlar: "Ermənistan mətbuatı yazır: "Bizim hər birimiz nə etməli olduğumuzu və kimlərlə görüşmək lazım olduğunu bilirik. Bu, təkcə nümayəndə heyətinə daxil olan şəxslərə deyil, prosesdə iştirak edən hər kəsə aiddir”. Onlar bu sözləri AŞPA-nın Siyasi Məsələlər və Sosial Məsələlər Komitələrində 2015-ci ilin noyabr ayında qəbul edilmiş “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində zorakılığın artması” və “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı qətnamələrin qurumun qış sessiyasında müzakirəsinə münasibət bildirərkən deyiblər. Bununla, Ermənistanın AŞPA-nın plenar iclasına nə dərəcədə ciddi hazırlaşdığı və yanvarın 26-da bu qətnamələrin təsdiq edilməsinin qarşısını almaq üçün hamılıqla Avropa ölkələrinə yollandıqları açıq ifadə edilir".

Süleymanov qeyd edib ki, AŞPA-nın qış sessiyasında hər iki qətnamənin müzakirəsi “olum ya ölüm” mübarizəsidir: "Bu, sözün əsl mənasında belədir. Çünki AŞPA-nın prosedur qaydalarına görə, 2016-cı ilin qış sessiyası bu qətnamələr üçün son instansiyadır. Əgər bu qətnamələr plenar iclasda təsdiq edilərsə, nə Ermənistan, nə də heç bir erməni heç bir yolla işğalçı damğasını Ermənistan dövlətinin üzərindən götürə bilməyəcək, bu fakt heç bir zaman  tarixin səhifələrindən silinməyəcək. Bu qətnamələr təsdiq olunarsa, Ermənistan dövlətinin işğalçı və təcavüzkar olmasını təsdiqləyən ilk tarixi sənəd olacaqdır. Buna görə də onların təşvişi təbiidir".

Xəbər lenti
0