İqtidar - müxalifət dialoqu

Azərbaycan müxalifətinin anti-böhran təklifləri

197
(Yenilənib 16:24 11.01.2016)
Politoloq: "Yaranmış situasiyada ölkənin birinci şəxsi və aparıcı siyasi partiya liderləri və vətəndaş cəmiyyətinin, mətbuatın tanınmış nümayəndələri ölkədə yaranmış iqtisadi-siyasi problemlərdən çıxış yollarını müzakirə etməlidirlər. Hazırkı şəraitdə bu gərginliyin aradan qaldırılması üçün ölkədə vətandaş sülhünə ehtiyac var"

BAKI, 8 yan — Sputnik. Azərbaycanın milli valyutası olan manatın kəskin dəyərdən düşməsi və ölkə ixracatının əsasını təşkil edən neftin ucuzlaşması ilə yeni sosial-iqtisadi durum yaranıb. Vəziyyətdən çıxış yolları aramaq üçün müxtəlf fikirlər səslənməkdədir. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə müxalifətdən də iqtisadi məsələlərlə bağlı təklif gözlədiklərini söyləyib. Deputat deyib ki, hakimiyyət istənilən məsələyə dair müzakirə apara bilər.

Bəs vəziyyətdən çıxmaq üçün müxalifətin hansı təklifləri və konsepsiyası var? Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Sputnik-ə açıqlamasında deyib ki, iqtidara üç ciddi siyasi təklif irəli sürmək istəyirlər: "Birinci yeni parlament seçkiləri keçirmək və parlamentin icra hakimiyyəti üzərində nəzarətin təmin etmək. İkinci koalisyon hökümət yaradaraq, yeni təfəkkürlü idarəetmə sisteminə keçilməlidir. Biz bilirik ki, hakimiyyətin tam dəyişməsi özü də bu böhranı həll edə bilməz. Əksinə dərinləşdirər. Üçüncüsü isə beynəlxalq administrasiyanı milli administrasiyanının fəaliyyətinə buraxmaq".

Onun fikrincə, bu o deməkdir ki, beynəlxalq təşkilatlar Azərbaycanda aparılan islahatlara nəzarət eləməlidir: "Onların təklif və ideayaları əsasında bu vəziyyətdən çıxmalıyıq".

Председатель Демократической партии Азербайджана Сардар Джалалоглу
wikimedia.org
Председатель Демократической партии Азербайджана Сардар Джалалоглу

Sərdar Cəlaloğlunun fikrincə, bu üç siyasi addım aparılmayana qədər Azərbaycanda heç bir iqtisadi-sosial islahatın nəticəsi olmayacaq.

Müsavat Partiyasının başqan müavini Elman Fəttah isə Sputnik-ə açıqlamasında Müsavatın yaranmış ağır böhranı ciddi şəkildə araşdırdığını dedi. Onun sözlərinə görə, partiyanın rəhbər strukturlarında bunun müzakirəsi davam edir.

Заместитель башгана партии Мусават Эльман Фаттах
Facebook/ Elman Fettah
Заместитель башгана партии "Мусават" Эльман Фаттах

"Təhlillər, analizlər yekunlaşdırılıb, partiyanın növbəti divanının iclasında böhrandan çıxış yollarını özündə ehtiva eləyən sənəd ictimaiyyətə açıqlanacaq. Böhrandan çıxmaq üçün hansısa addım atmaq istəyirlərsə, həmin təkliflərdən yararlana bilərlər. Biz orada həmin sahə üzrə mümkün olan bütün məsələləri göstərəcəyik", —Müsavat yetkilisi bildirdi.

Bir müddət öncə AXCP sədri Əli Kərimli də öz bloq yazısında mövcud durumla bağlı təkliflərini vermişdi.

Bütün bunları dəyərləndirən müstəqil politoloq Azər Rəşidoğlunun fikrincə, hazırkı situasiyada ölkə rəhbərliyi ilə müxalifət liderlərinin dialoqu qaçılmazdır: "Güman edirəm ki, yaranmış situasiyada ölkənin birinci şəxsi və aparıcı siyasi partiya liderləri və vətəndaş cəmiyyətinin, mətbuatın tanınmış nümayəndələri ölkədə yaranmış iqtisadi-siyasi problemlərdən çıxış yollarını müzakirə etməlidirlər. Hazırkı şəraitdə bu gərginliyin aradan qaldırılması üçün ölkədə vətandaş sülhünə ehtiyac var. Məhz bu baxımdan dediyimiz predimet ətrafında ölkə prezidenti və vətəndaş cəmiyyətinin, siyasi spektrin görkəmli nümayəndələrinin dialoqu qaçılmaz görünür".

Независимый политолог Азер Рашидоглу
Независимый политолог Азер Рашидоглу

Siyasi şərhçinin fikrincə, bu dialoq ictimaiyyətə açıq olmalıdır və şəffaf aparılmalıdır: "İctimaiyyət bilməlidir ki, kimlər arasında dialoq gedir və bu dialoqda nələr müzakirə edilir. Əks halda həmin müzakirələrin heç bir effekti olmayacaq".

Xatırladaq ki, ötən il parlament seçkilərindən əvvəl Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov siyasi partiya rəhbərləri ilə bir neçə dəfə görüşlər keçirib. Demokratik Qüvvələrin Milli Şurasında təmsil olunan partiyalar bu görüşlərin heç birinə qatılmayıb.

197
Teqlər:
müsavat, dialoq, böhran, ADP sədri, müxalifət, politoloq
Əlaqədar
Azərbaycanın yeni müxalifəti - bisnes elita
Müxalifət partiyaları təbliğat-təşviqat prosesindən razıdırlar
Müxalifət partiyaları birləşsin, ya yox: cavablar müxtəlifdir
Müxalifət liderləri də Avropa Oyunlarının açılışında iştirak edəcəklər