İlham Əliyevin Çin səfəri

İlham Əliyev Çinə gedib

37
(Yenilənib 21:40 08.12.2015)
Azərbaycanın dövlət başçısını Sian şəhərinin beynəlxalq aeroportunda şəhərin rəsmi şəxsləri qarşılayıblar.

BAKI, 8 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri başlayıb.

Sputnik-in məlumatına görə, Azərbaycanın dövlət başçısını Sian şəhərinin beynəlxalq aeroportunda şəhərin rəsmi şəxsləri qarşılayıblar.

Daha əvvəl ÇXR Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang bildirmişdi ki, Çin prezidenti Si Cinpinin dəvəti əsasında Azərbaycan prezidenti İlham Əliyev dekabrın 8-dən 11-dək Çində rəsmi səfərdə olacaq.

İlham Əliyevin Çin səfəri
Azərtac
İlham Əliyevin Çin səfəri

37
Teqlər:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Si Cinpi, Lu Kang, ÇXR Xarici İşlər Nazirliyi, Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri başlayıb, İlham Əliyev, Çin
Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov Moskvaya səfər edib

7
Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

BAKI, 21 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib. Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan da Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

7
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “İrandan silah alacaq ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər”

19
(Yenilənib 10:24 21.10.2020)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmır
Elxan Şahinoğlu: “İran müasir silah texnologiyaları almağa çalışacaq”

“Silah embarqosunun ləğvindən sonra rəsmi Tehran silah almağı yox, əksinə, külli miqdarda silah satmağı planlaşdırır”. Bunu İranın Müdafiə naziri, briqada generalı Əmir Hatəmi bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, İranın hər zaman müasir silah texnologiyalarına ehtiyacı olub və indi də var:

“Silah embarqosunun ləğvinə baxmayaraq hansısa ölkənin İrandan silah alacağına inanmıram. Bunun nəticəsi olaraq həmin ölkələr ABŞ sanksiyaları ilə üzləşə bilər. Bununla belə İran özünə tərəfdar qrupları silahlandırmağa davam edəcək. İran çalışacaq ki, Rusiyadan və ya hansısa Avropa ölkəsindən müasir silah texnologiyaları alsın. Problem burasındadır ki, hazırda İran iqtisadiyyatı ağır günlərini yaşayır və hansı pulla bu texnologiyaların idxal ediləcəyi sual altındadır”.

Elxan Şahinoğlunun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

19