Naqif Həmzəyev- Milli Məclisin Gəncədən seçilmiş üzvü

YAP-dan Rəsulzadəni təhqir edən deputata sərt reaksiya

483
Naqif Həmzəyevin məsələsi Milli Məclisin sabahki iclasında geniş müzakirə olunacaq.

BAKI, 3 dek-Sputnik. Milli Məclisin Gəncədən seçilmiş deputatı Naqif Həmzəyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən olmuş Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi nalayiq fikirlər cəmiyyətdə etirazlar doğurub. YAP-çı deputatın AXC liderini vətən xaini adlandırması və onun həyat yoldaşı, qurduğu dövlət haqqında xoşagəlməz fikirlər səsləndirməsi bir neçə gündür sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bu fikirlərə görə hər kəs Naqif Həmzəyevi tənqid atəşinə tutub, qınayır.

Sputnik xəbər verir ki, modern.az saytı Milli Məclisin İntizam Komissiyasından deputat Naqif Həmzəyevin bu davarınışın necə qiymətləndiriləcəyini soruşub.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev Modern.az-a açıqlamasında bildirib ki, sabah bu məsələ parlamentdə müzakirə olunacaq. O bildirib ki, deputatın bu çıxışına siyasi deyil, insani qiymət verilməlidir.

"Bununla bağlı İntizam Komissiyasında deyil, Milli Məclisin sabahki iclasında geniş müzakirə aparılacaq. Gəlib bu səviyyəyə qalxasan, deputat seçiləsən, millətin nümayəndəsi olasan, Azərbaycanın yeni tarixindən xəbərin olmasın?.. Demirik ki, Azərbaycanın min il bundan qabaq tarixini bilmirsən, dünən yaşadığımız tarixdən xəbəri yoxdur. Sən axı o cür kişini niyə elə adlandırırsan?.. Ona görə də hesab edirəm ki, buna əxlaqi qiymət vermək lazımdır".

A.Abiyev deputatın səhv hərəkət etdiyini vurğulayaraq, onu orta məktəbdə keçilən tarixi bilməməkdə günahlandırıb.

"Nə qədər təhsilsiz, mədəniyyətsiz olasan ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı "Azərbaycanın düşməni" adlandırasan. Heç bu sözü deməyə ermənin gücü çatmaz. Naqif Həmzəyev çox böyük səhv edib. Səhv deyilsə, bacardığı, bildiyi budursa, onda heç olmasa gedib ali məktəb dərsliyini demirəm, orta məktəb kitablarını oxusun. Azərbaycan tarixi orada da keçilir, tariximizlə tanış olsun. Məhəmməd Əmin Rəsulzadəyə ulu öndərimiz Heydər Əliyev yüksək qiymət verib. Ölkənin ən ağır, qorxulu vəziyyətində Azərbaycanın müstəqilliyi haqqında danışan, Azərbaycanın üçrəngli bayrağını qoruyan şəxsiyyətə sən hansı haqla "vətən xaini" deyirsən?.. Hesab edirəm ki, bu xoşagəlməz fikirlərə Milli Məclis mütləq qiymət verməlidir".

Ağacan Abiyev tarixi bilməyən və böyük yanlışlıq edən deputatla bir yerdə oturmaq istəmədiyini və aralarında belə şəxslərin olmaması gərəkdiyini vurğulayıb.

"Onunla bir masa arxasında oturmaq istəməzdim. Hər bir azərbaycanlı, təhsildən, tədrisdən xəbəri olan hər bir kəs, hər bir ziyalı ona bu sözü deyəcək. Burada məsələ intizamdan da üstündür. Naqif Həmzəyev böyük səhv buraxıb. Onun seçiciləri var, seçki dövründə başqa cür danışıb və ona etimad edib seçiblər. Amma deputat olandan sonra belə danışanda, onun seçiciləri də bu məsələyə qiymət verməlidirlər. Sabah sözsüz ki, bu məsələ qalxacaq və düşünürəm ki aramızda belə adam olmamalıdır".

Ağacan Abiyev deputat Naqif Həmzəyevi hakim Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi fikirləri bilməməkdə günahlandırıb.

"Əsas səhv, qələt ondan ibarətdir ki, sən Yeni Azərbaycan Partiyasının nümayəndəsi kimi seçilmisən və bizim partiyanı təmsil edirsən. Deputat Naqif Həmzəyev, YAP-ın yaradıcısı, ulu öndərimiz Heydər Əliyev həmin o kişi haqqında nə deyib, bilmirsən?.. Bilmirsənsə, sənin YAP-ın ünmayəndəsi olmağa haqqın yoxdur. Sən YAP-ın yaradıcısının o kişi haqqında dediyi sözlərin əleyhinə danışmısan. Nə qədər savadsız olub o cür sözlər deyəsən. Bu adam harada yaşayıb? Azərbaycanın yeni tarixini niyə bilmir?.. "Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın müstəqilliyini qorxmadan bəyan edib" deyən ümummilli liderin fikirlərinə sən nə deyirsən?..".

483
Ceyhun Bayramov, arxiv şəkli

Bayramov Rinkeviç Qarabağı müzakirə etdilər

16
Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

BAKI, 4 dekabr — Sputnik. Bu gün xarici işlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər bölgədə mövcud olan son vəziyyət, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlər, həmçinin ölkələr arasında mövcud olan ikitərəfli münasibətlərdən bəhs edib və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eyni zamanda telefon danışığı zamanı Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramında iştirakla bağlı məsələlər nəzərdən keçirilib.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

16
Teqlər:
XİN, Qarabağ
Azərbaycan XİN-nin binası, arxiv şəkli

Azərbaycan Fransaya nota verdi

63
(Yenilənib 18:00 04.12.2020)
Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

BAKI, 4 dekabr - Sputnik. Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Sputnik Azərbaycan-a XİN-dən məlumat verilib.

Görüşdə səfirə 3 dekabr tarixində Fransa Milli Assambleyasında qəbul edilmiş “Avropa və Şərqin xristian icmaları və erməni xalqının qorunması” adlı qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin etiraz notası təqdim edilib.

Fransa səfirinin diqqətinə beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələrinə zidd olan həmin sənədlə bağlı qəti etiraz çatdırılıb.

Fransa səfiri Azərbaycan XİN-in mövqeyinin Parisin diqqətinə çatdırılacağını bildirib.

63
Teqlər:
səfir, nota, XİN, Fransa
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0