SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu Azərbaycana qısamüddətli rəsmi səfərə gəlir

© Photo : mfa.gov.azГлавы МИД Турции и Азербайджана
Главы МИД Турции и Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə bu gün axşam gələcək.

BAKI, 26 noy — Sputnik. Bu barədə Sputnik-ə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə bu gün axşam gələcək.

"Çavuşoğlu rəsmi görüşlərə sabah başlayacaq. Cavuşoğlu ilk olaraq Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək. Ondan sonra Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və Xarici işlər naziri  Elmar Məmmədyarovla görüşəcək. Görüşlərdə iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində müzakirələr aprılacaq. Görüşlərdə son günlərdə regionda yaranmış durum və iki ölkənin  yaranmış durumla bağlı fəaliyyətlərinin koordinasiya edilməsi məsələsi müzakirə olunacaq."

Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra isə KİV nümayəndələri üçün birgə konfrans keçiriləcək.

Səfər sabah günü ikinci yarısında bitəcək və Çavuşoğlu Ankaraya dönəcək.

Xatırladaq ki, bu, Mövlüd Çavuşoğlunun yeni hökumət tərkibində ilk xarici səfəridir.

Xəbər lenti
0