SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: Ölkələrimizin təhlükəsizlik sahəsindəki əməkdaşlığı uğurludur

© apa.azABŞ səfiri Robert Sekuta
ABŞ səfiri Robert Sekuta - Sputnik Azərbaycan
Abunə olmaq
Robert Sekuta: ABŞ-ın bir sıra ölkələrlə terrorizmlə birgə mübarizə aparmaq təcrübəsi var.

BAKI, 17 noy — Sputnik. ABŞ-ın bir sıra ölkələrlə terrorizmlə birgə mübarizə aparmaq təcrübəsi var.

Sputnik xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. 

Diplomatın sözlərinə görə, Birləşmiş Ştatlarda baş vermiş məlum 11 sentyabr hadisələrindən dərhal sonra mərhum prezident Heydər Əliyev ABŞ-a terrorizmlə mübarizə üzrə əməkdaşlıq təklif etdi və Azərbaycanla ABŞ bu cəbhədə birgə, çiyin-çiyinə mübarizə aparırlar. 

“Ümumilikdə belə qiymətləndirmə apara bilərəm ki, ölkələrimizin təhlükəsizlik sahəsindəki əməkdaşlığı çox uğurludur”, — deyə diplomat əlavə etdi.

Səfir bildirdi ki, Antaliyada G20 tədbiri keçirilib və ora Prezident İlham Əliyev də dəvət olundu. 

“Tədbirin əsas diqqət çəkdiyi mövzularından biri də terrorizm, onun səbəbləri və ona qarşı mübarizədir. Burada istər ona qarşı hərbi gücdən və digər vasitələrdən istifadə olunması, istərsə də onu doğuran səbəblər və insanların terrorizmə bir həll yolu kimi baxması və terrorizmə cəlb olunmasının qarşısının alınması da ətraflı şəkildə müzakirə olundu”, deyə o qeyd etdi.

Xəbər lenti
0