Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan terrora qarşı beynəlxalq birliyin səylərini dəstəkləyir

© reportМИД Азербайджана
МИД Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan XİN: Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyirik.

BAKI, 14 noy — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın paytaxtı Paris şəhərində törədilmiş qanlı terror aktları ilə bağlı bəyanat yayıb.

Sputnik-in xəbərinə görə, bəyanatda deyilir:

“Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Paris şəhərində törədilmiş və çoxsaylı insan itkisinə və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və dost Fransa xalqı ilə həmrəyliyimizi bir daha bildiririk. Həmçinin, yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir”. 

Xəbər lenti
0