SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir: Rusiya Fələstin xalqının yaxın dostudur

© reportFələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim - Sputnik Azərbaycan
Abunə olmaq
Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Sputnik-in suallarını cavablandırır.

BAKI, 23 okt — Sputnik. Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Sputnik-in suallarını cavablandırır.

—  Son vaxtlar Fələstində İsrail-Fələstin qarşıdurmasının yenidən alovlandığını görürük. Bilmək istəyərdik ki, Fələstində son vaxtlar nə baş verir və ümumilikdə İsrail-Fələstin qarşıdurmasının çıxış yolunu necə görürsünüz?

— Hal-hazırda Fələstində baş verənlər Benyamin Netanyahunun hakimiyyətə gəlişindən bəri İsrail işğalçı hökumətinin qəbul etdiyi sistemli təhrik etmənin nəticəsidir. Bu, İsrail hərbiyyəsinin Fələstini işğalından və bütövlükdə Fələstin xalqının kölələşdirilməsindən başlayıb. Bu nümunələrdən sonuncusu Netanyahunun fələstinlilərin məsuliyyəti, xüsusilə Qüds müftisinin Hitleri Holokostu törətməyə razı salması ətrafında bir neçə gündür ki səsləndirdiyi gülünc yalandır. 

Bu yalan həmin şəxsin Fələstin xalqına qarşı irqçiliyinin və nifrətinin hansı səviyyədə olduğunu özündə əks etdirir ki, bu da onun günəş parlaqlığı ilə belə bir yalanı söyləməsinə sövq etdirib. Yeri gəlmişkən, Netanyahu öz hökumətinin ən mötədil hökumət üzvlərindən hesab olunur. Siz bu hökumətin hansı təbiətə malik olması barəsində nəticələr çıxarmalısınız.

Benyamin Netanyahunun rəhbərliyi ilə olan radikal və ekstremist İsrail hökuməti İsraildə irqçiliyin və nifrət mədəniyyətinin meydana gəlməsində və zorakılıq və ektremizmin bəslənməsinə təhrikçilikdə məsuliyyət daşıyır. Fələstində həyatın bütün aspektlərinə, kəndlər və şəhərlər arasında fələstinlilərin hərəkətinə nəzarət edən İsrail işğalçı ordusunun yüzlərlə hərbi nəzarət məntəqələrinin olduğu və Fələstin ərazilərini bir-birindən ayıran koloniyaların tikintisi davam etdirilir.

Eyni zamanda İsrail qeyri-qanuni olaraq orada məskunlaşan israilliləri Fələstin vətəndaşlarına və mülkiyyətlərinə hər gün etdikləri terror hücumlarında onları cəzalandırmadan himayə edir. Bütün bunlar İsrailin ifrat sağçı hökumətinin bəzi irqçi nazirlərinin də Məscid-ül- Əqsaya gəlməsi ilə israilli məskunlaşanların oraya gəlişinin tempini artırmaqla mükafatlandırılır. Baxmayaraq ki, İsrail oranın müsəlmanlar üçün nə qədər həssas yer olduğunu bilir və eyni zamanda yəhudi dini də bunu etməyi qadağan edir.  

Yeganə həll 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Qüds Şərif olmaqla Fələstin dövlətinin İsrail dövləti ilə yan yana sülh və əməkdaşlıq içərisində yaşayacağı iki dövlət prinsipi əsasında əsaslı sülhə nail olmaqla işğalın sona çatmasıdır. 

- Bildiyimiz kimi indi Suriyada çox önəmli hadisələr baş verir. Rusiyanın Suriya münaqişəsinə qoşulmasını necə şərh edərdiniz və bu proseslərin Fələstinə təsiri nədir?

— Suriyada baş verənlər başqa bir hümanitar fəlakətdir. Suriya bizim üçün qardaş ölkədir və Rusiya Fələstin xalqının yaxın dostudur. Arzu edirik ki, qardaş Suriya xalqının müsibəti ən qısa zamanda xalqın maraqlarına xidmət etməklə başa çatsın.

Buna görə də biz hər zaman xüsusilə Suriyada baş verənlərlə və dünyanın və regionun əvvəllər üzləşmədiyi oxşar çağırışlarla bağlı olaraq deyirik ki müstəqil Fələstin dövlətinin yaradılmasına gətirib çıxaran ciddi sülh prosesinə stimul verilməlidir ki bu da çoxlu sayda terrorçu və ekstremist qüvvələrin yolunu kəsəcək və dünyada sülh və stabilliyin bərqərar edilməsinə öz töhfəsini verəcək.  

Xəbər lenti
0