SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Misir və Sudan ordusu Ədən körfəzinə doğru irəliləyir

Misir ordusu
Misir ordusu - Sputnik Azərbaycan
Abunə olmaq
Məqsəd Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya yardım etməkdir.

BAKI, 21 okt – Sputnik. Misir və Sudan ordusuna aid hərbi birliklər Ədən körfəzinə doğru yola çıxıblar. Məqsəd Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyaya yardım etməkdir. 

Yəmən prezidenti Hadi Mansurun tələbi ilə Səudiyyə Ərəbistanı üsyançı Huslilərlə mübarizə aparmaq üçün hərbi əməliyyat başladıb.

Sudan və Misir hərbi birliklərinin Ədənə yola düşdüyü xəbərini Hadi Mansurun müavini Yasin Mekkavi də təsdiqləyib. Onun sözlərinə görə, Sudandan olan əsgərlər sabah şəhərə çatacaq. Misir quru qoşunlarının da bir neçə gün içində Ədəndə olacağı vurğulanıb.

Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin spikeri general Əhməd əl-Asiri, Misir və Sudan qüvvələrinin, döyüşlərdə koalisiya qoşunları üçün "Ekstra güc " olacağını bildirmişdi.


Xəbər lenti
0