Эмблема СНГ

MDB dövlət başçılarının sammitində 16 sənəd imzalanıb

17
Qazaxıstanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində 16 sənəd imzalanıb.

BAKI, 16 okt — Sputnik. Qazaxıstanda keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində 16 sənəd imzalanıb.

Bu sənədlərin arasında dövlət başçılarının BMT-nin 70 illiyi, terrorizmlə mübarizə və Çernobl AES-dəki qəzanın 30 illiyi ilə bağlı bəyanatı, miqrasiya, penitensiar xidmətləri rəhbərlərinin şurasının formalaşdırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması kimi məsələlər var.

Həmçinin 2016-2020-ci illərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi proqramı, MDB Antiterror mərkəzi rəhbərinin təyin olunması, MDB-yə növbəti il üçün sədr ölkənin müəyyənləşdirilməsi və növbəti zirvə toplantısının keçirilməsi kimi məsələlər razılaşdırılıb.

Üzv ölkələr 2020-ci ilədək hərbi sahədə əməkdaşlıq Konsepsiyasını da təsdiq edib.

17
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

0
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

0
Prezident İlham Əliyev

"Parlament" gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi" - Prezident

21
(Yenilənib 16:25 15.01.2021)
Prezident: "Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. "

BAKI, 15 yanvar — Sputnik. "İşğal dövründə ermənilər qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Ancaq şanlı Azərbaycan Ordusu düşmənin bu niyyətini puç etdi. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin "parlamenti" binasının inşası yarımçıq qaldı".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşadakı Qazançı kilsəsində çıxışı zamanı bildirib.

"Onlar qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma "Dağlıq Qarabağ respublikası"nın "parlament" binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. "Parlament" də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev qeyd edib.

21