Barak Obama - ABŞ prezidenti

Obama: Suriyadakı əməliyyat Rusiyanın mövqeyinin zəiflədiyini göstərir

251
(Yenilənib 22:12 12.10.2015)
ABŞ prezidentinin sözlərinə görə, Suriya Rusiyanın regionda yeganə müttəfiqidir.

BAKI, 10 okt — Sputnik. Suriyada həyata keçirilən hərbi əməliyyat Rusiyanın mövqeyinin Yaxın Şərqdə zəiflədiyini göstərir.

Sputnik-in məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama CBS telekanalına verdiyi müsahibədə bəyan edib.

Onun sözlərinə görə, Suriya Rusiyanın regionda yeganə müttəfiqidir: “Məhz bu səbəbdən Rusiya Bəşər Əsəd rejiminə yardım etməyə məcbur olub. Putin qoşunları regionda yeganə müttəfiqini gücləndirmək üçün göndərir”.

251