Генеральный секретарь ООН Пан Ги Мун выступает перед журналистами в штаб-квартире ООН в Нью-Йорке

BMT baş katibi İsraili qınadı tələb etdi

54
(Yenilənib 22:10 12.10.2015)
Ban Ki Mun 4 fələstinli gəncin yəhudi radikallar tərəfindən öldürülməsini qınadı və hökumətdən şəffaf istintaq aparmasını tələb etdi.

BAKI, 7 okt — Sputnik. BMT-nin baş katibi Ban Ki Mun İsrailə sərt ismarıc göndərib. Buna səbəb, İordan çayının qərb sahilində 4 fələstinli gəncin yəhudi radikallar tərəfindən öldürülməsinə hökumətin ciddi yanaşmamasıdır.

Cinayəti qınadığını deyən baş katib, İsrail hökumətindən şəffaf istintaq aparmasını tələb edib.

Ban Ki Mun, son günlər Qüdsdə artan cinayət və ölüm hallarından da ciddi narahat olduğunu bildirib.

BMT-dən verilən açıqlamada zorakılıq hadisələrinin nəzarətdən çıxa biləcəyi xəbərdarlığı edilib.

"Fələstinlilərin evlərinin dağıdılması və işğal altındakı torpaqlarda yəhudilər üçün yaşayış yerlərinin tikilməsinin təzyiqi daha da yüksəldəcəyi qeyd olunub"

54
Teqlər:
BMT, Ban Ki Mun, İordan çayı, İsrail