Флаг России

Rusiyanın Qarabağ məsələsində müəyyən addımlar atması gözlənilir

58
Rusiyanın Dağlıq Qarabağ məsələsində müəyyən addımlar atması gözlənilir, ancaq hələlik bu addımların nədən ibarət olması bəlli deyil. Bunu Sputnik-ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

BAKI, 22 sen — Sputnik. Rusiyanın Dağlıq Qarabağ məsələsində müəyyən addımlar atması gözlənilir, ancaq hələlik bu addımların nədən ibarət olması bəlli deyil. Bunu Sputnik-ə açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin sentyabrın 23-də  Moskvaya nəzərdə tutulan səfərlərində bu məsələ ətrafında Rusiya prezidenti Vladimir Putinlə keçiriləcək görüşdə fikir mübadiləsi aparılacaq. 

“Çünki  Rusiya XİN rəhbəri bu yaxınlarında  Bakıda səfərdə oldu və belə təəssürat yarandı ki, Moskva  Qarabağ münaqişəsinin həllində aktivləşmək istəyir. Ancaq bu nə fəallaşmadır, o müəmmalıdır”, — deyə  politoloq vurğulayıb.

Politoloq hesab edir ki, əgər burada söhbət Dağlıq  Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılmasından və Rusiyanın Ermənistanı bu şərtlərə vadar etməsindən gedirsə, o zaman  maraqlıdır ki, bunun qarşılığında Azərbaycandan nə istənilir. “Bax bu, başlıca amildir. Bu təklif qarşısında Azərbaycan Avrasiya İttifaqına qoşulur, yoxsa Dağlıq Qarabağda sülhməramlı adı altında rus qoşunları yerləşdirilir? Danışıqların detalları bəlli deyil. Bunlar önəmli məsələlərdir.  Əgər Rusiyanın təklifləri varsa, bu məsələlər çox güman ki, Moskvada  bir daha müzakirə olunacaq”, — deyə politoloq qeyd edib.

Şahinoğlu onu da əlavə etdi ki, bu müzakirələrin nəticəsində konkret fikrə gəlinməyəcək. “Tərəflər yenə də  öz mövqelərində qalacaq. İnanmıram  ki, qısa zamanda Rusiya Ermənistana təzyiq etsin”, — deyə o vurğulayıb.

58
Teqlər:
rus qoşunları, danışıqlar, sülhməramlı, tərəflər, səfər, fikir mübadiləsi, amil, müzakirə, rayon, politoloq, Dağlıq Qarabağ məsələsi, Qarabağ münaqişəsi, Avrasiya İttifaqı, Azərbaycan və Türkiyə prezidentləri, Rusiya XİN rəhbəri, Rusiya prezidenti, Elxan Şahinoğlu, Vladimir Putin, Ermənistan, Qarabağ, Moskva, Rusiya, Türkiyə, Azərbaycan
Əlaqədar
Moskvada Rusiya-İsrail gərginliyi yaşandı
Rusiya müxalifəti küçələrə axışıb
Rusiya Belorusiyada hərbi baza yaradır
Rusiya DİN: İŞİD sıralarında 1800 Rusiya vətəndaşı döyüşür
Sergey Lavrov: Rusiya və Türkiyə dialoqun başlanmasında maraqlıdır

İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrin başçılarına məktublar ünvanlayıb

24
Prezident BMT TŞ-da Azərbaycanı dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına məktublar ünvanlayıb.

BAKI, 25 oktyabr - Sputnik. Məlum olduğu kimi, bu günlərdə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr - İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sputnik Azərbaycan xəbər verir ki, bununla əlaqədar, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İndoneziya, Tunis, Niger, Dominikan Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası və Sent-Vinsent və Qrenadinin dövlət və hökumət başçılarına məktublar ünvanlanıb.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Məktublarda BMT Təhlükəsizlik Şurasında keçirilmiş müzakirələr zamanı göstərdikləri prinsipial mövqeyə görə sözügedən ölkələrə təşəkkür ifadə olunub.

Məktublarda qeyd edilib ki, bu ölkələrin belə qəti mövqe sərgiləmələri onların Bandunq prinsiplərinə, Qoşulmama Hərəkatının dəyərlərinə sadiqliyini, multilateralizmə və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Bu mövqe ikitərəfli münasibətlərimizdə tarixi dostluq əlaməti kimi qəbul olunur.

Daha sonra məktublarda bildirilir ki, həmin ölkələrin davamlı dəstəyi münaqişənin beynəlxalq hüquq və Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinə töhfə verəcək.

Sonda isə ikitərəfli münasibətlərimizin, eləcə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərəfli əməkdaşlığımızın uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

24
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"

36
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var".

BAKI, 25 oktyabr - Sputnik. “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, - o vurğulayıb.

36
Yaşlı adam, arxiv şəkli

Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...

0
Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

BAKI, 25 oktyabr — Sputnik. Böyük Britaniya alimləri apardıqları araşdırma zamanı koronavirus xəstəliyinin insanların İQ səviyyəsini endirdiyini müəyyən edib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu intelektual bacarıqlar və yaddaşla əlaqələndirilib. Mütəxəssislərin sözlərinə görə, koronavirusa yoluxan şəxslər xəstəliyə yoluxmayan yaşıdları ilə müqayisədə məntiq testlərini həll etməkdə çətinlik çəkiblər. Bundan əlavə, şəxslərin İQ səviyyəsi xəstəliyi hansı ağırlıqda keçirmələri ilə də birbaşa əlaqəlidir. Tədqiqat zamanı alimlər 84 könüllünün məntiqi bacarıqlarını və yaddaşlarını araşdırıblar.

Müəyyən edilib ki, koronavirusa yoluxan insanlar sağlam insanlarla müqayisədə 65 faiz geri qalıb. Mütəxəssislərin fikrincə, bu xəstələrin 10 yaş yaşlanmasına bərabərdir.

Koronavirusun ağır formaları mətnlərin və sözlərin mənasını dərk etmə qabiliyyətinə təsir edir. Buna baxmayaraq, xəstəliyə yoluxmuş insanlarda emosional sahə, məkan yaddaşı və rəqəmləri əzbərləmək qabiliyyəti dəyişməz qalıb.

0