Разрушенная Сирия

BMT: Suriya artıq qlobal problemdir

15
(Yenilənib 18:29 17.09.2015)
Stefan O’Brian: Vətəndaş müharibəsi səbəbilə minlərlə insan ölümlə burun-burunadır.

BAKI, 17 sen – Sputnik. BMT-də humanitar işlər və fövqəladə hallar üzrə koordinator Stefan O’Brian (Stefan Obrayn) Suriyada minlərlə vətəndaşın yaşamaq üçün mübarizə apardığına toxunaraq ölkədəki vəziyyətin artıq qlobal bir problem olduğunu deyib.

Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında çıxış edən O’Brian ölkədəki vəziyyətin narahat edici olduğunu söyləyib.

Vətəndaş müharibəsi səbəbilə minlərlə insanın ölümlə burun-buruna olduğunu qeyd edən O’Brian, hücumlar nəticəsində infrastrukturun tamamilə dağıldığını deyib.

Paytaxt Dəməşq və ikinci ən böyük şəhər Hələb başda olmaqla ölkənin müxtəlif bölgələrində insanların aylardır susuz və işıqsız yaşamağa məcbur qaldığını vurğulayıb.

Suriyada 2 milyona yaxın uşağın təhsil və səhiyyə xidmətlərindən məhrum qaldığını bildirən koordinator, 500 minə yaxın insanın təcili yardıma ehtiyacı olduğunu yada salıb.

15
Teqlər:
Birləşmiş Millətlər Təhlükəsizlik Şurası, BMT, Stefan O’Brian, Suriya