Vaan Martirosyan

Ermənistanda təzyiqlərə məruz qalan müxalifətçi Azərbaycana qaçıb

43
(Yenilənib 15:56 17.09.2015)
Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

BAKI, 17 sen — Sputnik. Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib.

APA-nın məlumatına görə, V. Martirosyan rəhbərlik etdiyi müxalif yönümlü “Milli Azadlıq Hərəkatı” təşkilatının fəaliyyətinə görə Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb.

O, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar Ermənistandan qaçaraq Azərbaycana gəlib və siyasi sığınacaq istəyib.

43