Razi Nurullayev

Razi Nurullayev: əsas problem sədrlik məsələsidir

35
(Yenilənib 16:11 10.09.2015)
Əgər Əli Kərimli AXCP-nin bütövlüyünü istəyirsə, istefaya gedib birgə qurultayın keçirilməsində maraqlı olmalı idi. Bunu Sputnik-ə açıqlamasında AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib.

BAKI, 10 sen — Sputnik. Əgər Əli Kərimli AXCP-nin bütövlüyünü istəyirsə, istefaya gedib birgə qurultayın keçirilməsində maraqlı olmalı idi.

Bunu Sputnik-ə açıqlamasında AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib.

Nurullayev bildirib ki, bu baxımdan da Əli Kərimli qanadının sentyabrın 27-də keçirəcəyi qurultayın onlara heç bir aidiyyatı yoxdur. “Biz öz işlərimizi görürük və bu, fəaliyyətimizə heç bir maneçilik yaratmır”, — deyə o bildirdi.

Nurullayev hesab edir ki, əgər doğrudan da Əli Kərimli AXCP-nin bütövlüyünü istəyirsə, o zaman vahid qurultay keçirməli və öz namizədliyini sədrliyə verməməli idi: “Çünki əsas problem sədrlik məsələsidir. O bunu istəmədisə, demək partiyadakı vahidlik alınmayacaq. Ona görə də qurultaylar müxtəlif vaxtlarda keçirləcək. Bizim əsas hədəfimiz AXCP-nin keçmiş nüfuzunu qaytarmaq və hüquqi təmsilçiliyinə nail olmaqdır. AXCP xalqın yaratdığı hərəkat olub, xalqa daha yaxın olub və xaldan ruhlananıb. Təəssüflər olsun ki, sonradan Əli Kərimlinin fəaliyyəti nəticəsində AXCP-də fraksiyalar yarandı və bizə məlum hadisələr yaşandı. Artıq AXCP-nin yenilənməyə, müasirləşməyə, dünyəviləşməyə ehtiyacı var. Partiya gəncləşməlidir. Rəhbərlikdə təmsil olunan fəaliyyətinin nəticəsi olmayan şəxslər kənara çəkilməlidir.”

Bütün bunları nəzərə alan Nurullayev deyib ki, Əli Kərimli qanadının sentyabrın 27-də keçirdiyi qurultaya münasibəti mənfidir: “Çünki, o partiyanın vahidliyində deyil, parçalanmsında maraqlıdır”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyəti AXCP sentyabrın 27-nə planlaşdırdığı növbəti qurultaya Suraxınadakı Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilməsinə icazə verib.

35
Teqlər:
Bakı Şəhər İcra Hakimiyəti, AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsi, AXCP, Əli Kərimli, Razi Nurullayev, Azərbaycan