Gürcüstan hökumətinin binası

Gürcüstanda yeni xarici işlər naziri təyin edilib

77
(Yenilənib 14:24 01.09.2015)
Gürcüstanın baş naziri İrakli Qaribaşvili xarici işlər naziri postuna İqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilini təyin edib.

BAKI, 1 sen — Sputnik. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Xarici İşlər naziri postuna iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilini təyin edib. 

İqtisadiyyat naziri isə Tbilisinin vitse-meri Dmitri Kumsişvili təyin edilib.

Gürcüstanın xarici işlər naziri vəzifəsinin bu günədək Tamar Beruçaşvili icra edirdi. 

77