Vaşinqton Ağ Ev

Obama evdə Səudiyyə kralını qarşılamağa hazırlaşır

40
(Yenilənib 11:58 28.08.2015)
Seçildikdən sonra ABŞ-a ilk səfərini reallaşdıracaq olan Salman bin Əbdüləzizin Obama ilə Suriya və Yəməndəki hadisələri də müzakirə edəcəyi gözlənilir.

BAKI, 28 avq – Sputnik. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin yaxın günlərdə Vaşinqtona səfər edəcəyi və prezident Obama ilə görüşəcəyi bildirilib. Bu barədə Ağ Evdən yazılı açıqlama verilib. 

Açıqlamada Kral Salmanın səfərinin ABŞ ilə Səudiyyə Ərəbistanı arasındakı strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Məlumata görə kral sentyabrın 4-də Vaşinqtonda olacaq. 

Səfərdə əsas məqsədin iki ölkə arasındaki iqtisadi və hərbi əlaqələri daha da gücləndirmək, həmçinin terrorla mübarizədə qarşılıqlı əməkdaşlığı daha da artırmaq olduğu qeyd edilib.

Seçildikdən sonra ABŞ-a ilk səfərini reallaşdıracaq olan Salman bin Əbdüləzizin Obama ilə Suriya və Yəməndəki hadisələri də müzakirə edəcəyi gözlənilir.

40
Teqlər:
kral Salman, Səudiyyə Ərəbistanı kralı, prezident Obama, Ağ Ev, Barak Obama, Obama, Salman bin Əbdüləziz, Yəmən, Suriya, ABŞ
 Jozep Borrell, arxiv şəkli

Cozep Borrell: Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti yaxından izləyir

160
(Yenilənib 22:41 14.05.2021)
Avropa İttifaqının Ali Nümayəndəsi Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə bağlı bəyanat yayıb.

BAKI, 14 may - Sputnik. Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyətlə əlaqədar bəyanat yayıb.

APA-nın xəbərinə görə, bəyanatda qeyd olunub ki, Aİ Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti yaxından izləyir.

"Mənim adımdan Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mayın 13-də Ermənistan xarici işlər naziri Ara Ayvazyan, mayın 14-də isə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla əlaqə saxlayaraq, hər iki tərəfi son dərəcə təmkinli olmağa və vəziyyəti gərginləşdirməməyə çağırıb. Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar ATƏT Sədrliyi ilə əlaqə saxlayıb", bəyanatda qeyd olunub.

Aİ-nin Ali Nümayəndəsi bildirib ki, sərhədin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır: "Biz iki tərəf arasında texniki səviyyədə davam edən təmasları alqışlayırıq. Aİ münaqişənin hərtərəfli həllini dəstəkləyir və hər iki ölkəni regiondakı sabitliyi qoruyaraq sülh yolu ilə həlli tapmağa təşviq edir".

160

XİN başçısı daha bir əcnəbi diplomatla sərhəddə yaranmış gərginliyi müzakirə edib

13
(Yenilənib 19:29 14.05.2021)
Nazir Ceyhun Bayramov və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub.

BAKI, 14 may - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.

13
Kosmos, arxiv şəkli

Alimlər Kainatın genişlənməsi haqqında yeni məlumatlar əldə ediblər

0
Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

BAKI, 14 may - Sputnik. Astronomlar ifrat yeni ulduzların alışmasına dair kataloqdakı informasiyanı analiz ediblər və belə nəticəyə gəliblər ki, müşahidələrin məlumatları Kainatın dəyişən sürətlə genişlənməsi modelinə daha çox uyğundur. Tədqiqatın nəticələri ilə bağlı məqalə “Astrophysical Journal” nəşrində dərc edilməsi üçün hazırlanıb və “arXiv.org” preprint serverində yerləşdirilib.

Kainatın genişlənməsi sürəti kosmologiyanın vacib parametrlərindən biridir. Astrofiziklər adətən Habbl sabitindən çıxış edirlər. Lakin alimlər Kainatın genişlənməsi sürətini onun tarixinin müxtəlif dövrlərində müqayisə etməyə başlayanda müşahidələr nəzəri modellərlə tez-tez ziddiyyət təşkil edir.

AZƏRTAC bildirir ki, bu problemi həll etmək üçün Yaponiya Milli Astronomiya Rəsədxanasından və SOKENDAI perspektiv tədqiqatlar universitetindən Maria Ciovanna Dainottinin rəhbərliyi ilə Yaponiya və İtaliya alimləri Kainat tarixinin müxtəlif vaxtlarında partlamış 1048 yeni ulduzun kataloqunu analiz ediblər. Tədqiqatçılar bu məlumatlar əsasında rəqəmsal model qurublar. Onu düzgün təsvir etmək üçün müəlliflər zamandan asılı yeni dəyişən təqdim etməli olublar ki, Habbl sabiti zamanla dəyişəcəyi təqdirdə, onun qarşısını almaq mümkün olsun.

Müşahidələrdə sistematik səhv ehtimalını istisna etmək üçün tədqiqatçılar nəticələrini Havayda Mauna-Kea rəsədxanasında Yaponiya Milli Astronomiya Rəsədxanasının “Subaru” teleskopunda quraşdırılmış “Hyper Suprime-Cam” alətinin köməyilə ayrıca yoxlayıblar.

İfrat geniş görmə sahəsi olan bu 900-meqapiksel kamera ən böyük sahədə zəif yeni ulduzların müşahidəsi üçün nəzərdə tutulur. Tədqiqatçılar onun köməyilə erkən Kainatda müşahidə edilən ifrat yeni ulduzlar seçimini böyütməyə və məlumatlarda qeyri-müəyyənliyi azaltmağa nail olublar.

Alimlər hələ ki Kainatın genişlənmə sürətinin dəyişməsinə nəyin səbəb olduğunu bilmirlər. Ola bilsin ki, bunu izah etmək üçün kosmik miqyasda işləyən yeni fizika və ya onun modifikasiya olunmuş versiyanı yaratmaq lazım gələcək.

Tədqiqatçılar nəticələrini “Subaru” teleskopundan və digər rəsədxanalardan əldə olunmuş əlavə və ya daha keyfiyyətli məlumatların köməyilə təsdiq etmək məqsədilə müşahidələrini davam etdirməyi planlaşdırırlar.

0