Remzi Kartal

PKK lideri: Birtərəfli atəşkəs elan edilməyəcək

746
(Yenilənib 12:15 27.08.2015)
Rəmzi Qartal: PKK birtərəfli atəşkəs elan etməyəcək.

BAKI, 26 avq – Sputnik. PKK terror təşkilatının Avropadakı nümayəndə heyətinin rəhbərlərindən olan Rəmzi Qartal Sputnik Türkiyə'nin suallarını cavablandırıb. 

“PKK birtərəfli atəşkəs elan etməyəcək”, deyən Rəmzi Qartal ABŞ və Rusiyaya səslənib. PKK-lı lider, Türkiyəyə dəstək verən hər iki dövləti öz siyasətlərini yenidən gözdən keçirməyə çağırıb. 

Onun sözlərinə görə, təşkilat terror fəaliyyəti yürütmür, sadəcə olaraq kürd xalqını İŞİD-dən qorumaqla məşğuldur. Rəmzi Qartal, Türkiyənin PKK-ya qarşı İŞİD-i silahlandırdığını iddia edib. 

“Türkiyə İŞİD-ə qarşı sözdə əməliyyat aparır, əsas hədəflərində isə PKK və PYD-dir”, deyə R. Qartal əlavə edib. 

Ordunun hərbi əməliyyatları nəticəsində çoxlu sayda döyüşçülərini itirmələrinə baxmayaraq PKK-nın hücumlarını davam etdirəcəyini deyən R.Qartal Türkiyə hökumətinin sülh istəmədiyini söyləyib.

746
Teqlər:
PKK terror təşkilatı, İŞİD terror qruplaşması, PKK, İŞİD, Rəmzi Qartal, Remzi Kartal, Türkiyə