Cemil Bayık

PKK atəşkəs şərtini açıqlayıb

96
(Yenilənib 13:19 11.08.2015)
PKK: Atəşkəsin olması üçün təşkilatın həbsdə olan üzvləri azadlığa çıxmalıdır.

BAKI, 11 avq – Sputnik. PKK terror təşkilatının şəhər qolu olan KCK lideri Cemil Bayık Əl Cəzirə televiziya kanalına müsahibə verib. Bayık, atəşkəsə hazır olduqlarını, lakin bunun üçün bəzi şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb. 

“Atəşkəsin olması üçün təşkilatın həbsdə olan üzvləri azadlığa çıxmalıdır. Müşahidə heyəti qurulmalı və atəşkəsə nəzarət etməlidir. Bunlar olmasa atəşkəsdən söz gedə bilməz”, deyə Cemil Bayık vurğulayıb. 

Qeyd edək ki, PKK-nın həbsdə olan lideri Abdullah Öcalan 2013-cü ilin martında terrorçulardan silahı yerə qoymağı və Türkiyəni tərk etməyi əmr etmişdi. Bu çağırışa baxmayaraq, PKK üzvləri hələ də ölkəni tərk etməyib. 

96
Teqlər:
KCK lideri, Əl Cəzirə televiziya kanalı, KCK, PKK terror təşkilatı, PKK, Abdullah Öcalan, Cəmil Bayık, Cemil Bayık, Türkiyə