Qarabağ bloku

“Qarabağ” bloku seçkiyə genişlənmiş tərkibdə gedə bilər

43
(Yenilənib 14:14 11.08.2015)
Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı bir sıra partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparır. Bunu Sputnik-ə açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

BAKI, 11 avq — Sputnik. Ümid Partiyası qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı bir sıra partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparır. Bunu Sputnik-ə açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

Onun sözlərinə görə, hazırda partiyada seçkilərə siddi hazırlıq işləri gedir. “Artıq dairələr üzrə namizədlər müəyyənləşdirilib və bu istiqamətdə seçicilərlə iş gedir. Bundan əlavə olaraq bir siyasi partiya kimi üzərimizə düşən vəzifələrdən biri kimi seçki ərəfəsində əməkdaşlıq və bloklaşma ilə bağlı təklifləri dəyərləndiməklə məşğuluq”, — deyə Ağazadə bildirib.

“Qarabağ” bloku daxilində vahid namizəd məsələsində yarana biləcək problem məsələsinə gəldikdə isə  Ağazadə bildirdi ki, burada elə bir problem yoxdur və vahid namizəd məsələsində ümumi razılığa gəlinəcək.

Seçki ərəfəsində digər qüvvələrlə əməkdaşlıq etmək məsələsinə gəldikdə isə partiya sədri bildirdi ki, hazırda ölkədəki müxtəlif siyasi partiya və qüvvələrilə bloklaşma və əməkdaşlıq istiqamətində danışıqlar gedir: “Ancaq bu hələ danışıqlar səviyyəsində olduğundan və əməkdaşlığın, bloklaşmanın konturları dəqiq bəlli olmadığından  ictimiayyətə veriləcək bir məlumat yoxdur”, — deyən Ağazadə əlavə etdi ki,  danışıqların gedişindən asılı olaraq yeni seçki bloku yarana və yaxud  “Qarabağ” blokunun tərkibi genişlənərək birgə seçkiyə gedilə bilər: “Proses gedir və nəticə yaxın zamanlarda bəlli olacaq”.

Digər blok və siyasi qüvvələrlə seçki ərəfəsində əməkdaşlığa gəldikdə isə Ağazadə bildirdi ki, demokratik seçki mühitinin formalaşdırılması istiqamətində istənilən qüvvələrlə əməkdaşlığa hazırıq: “Amma bu o anlama gəlməməlidir ki, artıq bu istiqamətdə konturlar dəqiqləşib. Bu barədə danışmaq hələ tezdir. İndiki məqamda bütün blokların və siyasi qüvvələrin başı namizədlərin müəyyənləşdirilməsinə, seçkiyə hansı formatda getmək, hansı taktikanı seçməyə qarışıb. Bu proses başa çatdıqdan sonra siyasi qüvvələrin əməkdaşlıq məsələsi gündəmə gələcək. O zaman bu məsələlər müzakirə edilib birgə əməkdaşlığın yolları aranacaq.”

43
Teqlər:
Qarabağ bloku, Parlament seçkiləri, Parlament seçkiləri 2015, parlament seçkisi, Ümid Partiyasının sədri, Ümid Partiyası, İqbal Ağazadə, Azərbaycan