Расим Мусабеков

Deputat: Ermənistan-Türkiyə sərhədinin açılması planı iflasa uğrayıb

488
(Yenilənib 14:22 03.08.2015)
Daha öncə, Sputnik Azərbaycan informasiya agentliyinin baş direktoru Vüqar Xəlilov Avropa İttifaqının Ermənistan-Türkiyə sərhədinin açılmasına dəstək məqsədilə 8 erməni və türk QHT-dən ibarət konsorsiumuna ayrılmış iki milyonluq qrant barədə məlumatları açıqlamışdı.

BAKI, 3 avq – Sputnik. Avropa İttifaqının Bakı nəzərə alınmadan Ermənistan-Türkiyə sərhədinin açılmasının lobbiçiliyini edən qrant layihələri iflasa uğrayıblar. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bu fikirdədir.

Daha öncə, Sputnik Azərbaycan informasiya agentliyinin baş direktoru Vüqar Xəlilov Avropa İttifaqının Ermənistan-Türkiyə sərhədinin açılmasına dəstək məqsədilə 8 erməni və türk QHT-dən ibarət konsorsiumuna ayrılmış iki milyonluq qrant barədə məlumatları açıqlamışdı. Layihə 2014-2015-ci illərdə həyata keçirilib və qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunub.

Erməni və türk təşkilatlarından əlavə layihədə fəal olaraq Avropa İttifaqının Türkiyə, Gürcüstan, Ermənistandakı nümayəndəlikləri və Avropa xarici layihələr xidməti (EEAS) iştirak ediblər. Layihənin arxasında vaxtilə erməni-türk münasibətlərinin normallaşmasının nəzərdə tutan və Ermənistanın Azərbaycana BMT Baş Assambleyası və TŞ-nın qətnamələrinə rəğmən qarşı davam edən təcavüzünə əhəmiyyət verməyən Sürix protokollarının təşəbbüskarları olmuş qərb ölkələri dayanıblar.

“Layihə iştirakçıları və sponsorlarının, həmçinin onun konkret icraçılarının məqsədlərinin, fəaliyyətlərinin təhlili şübhəsiz ki, maraq doğurur. Lakin əsas odur ki, qərbin güclü maliyyə və siyasi dəstəyinə baxmayaraq, Bakının fikri nəzərə alınmadan Türkiyə ictimai fikrinə Ermənistan-Türkiyə sərhədinin açılması ideyasının yeridilməsi ideyası, həmçinin Sürix protokollalrının özləri iflasa uğradılar”, deyə Musabəyov oz Facebook səhifəsində yazıb. 

Onun sözlərinə görə, bir qrup Ermənistan QHT-nin, həmçinin bir neçə Türkiyə ermənilərinin təşkilatının bu qrantdan “qabağa düşməsi”, həmçinin Aİ məmurlarının “görülən iş” barədə hesabatları çətin ki, sözügedən layihənin müsbət nəticəsi sayılsın. 

“Türkiyə kəşfiyyatının milli təhlükəsizlik sahəsindəki boşluqları müəyyən etməkdən, həmçinin potensial cəhətdən əməkdaşlıq üçün perspektivli olan ermənilərlə əlaqə qurmaqdan ötrü bu layihədən istifadə etdiyinə təəccüblənmərəm”, deyə deputat bildirib.

Parlamentari qeyd edib ki, Azərbaycanın bədxahlarının və yerli pessimistlərin proqnozlarına baxmayaraq, Ankara qərbin təzyiqi qarşısında büdrəmədi və Ermənistan-Türkiyə sərhədini açmadı.

Musabəyovun fikrincə, Türkiyə və Azərbaycanı bağlayan sıx müttəfiqlik və qardaşlıq münasibətlərini nəzərə alsaq, başqa cür ola da bilməzdi. 

“Zəifləmiş milli kimlik və qürür hissinə malik şəxslərin və ya muzdlu jurnalistlərin ayrı-ayrı çıxışları Türkiyə ictimai fikrini çaşdıra bilmədi. Türklərin böyük əksəriyyəti Azərbaycanın maraqlarının qurban verilməsi naminə ermənilərlə barışmaq ideyasını qəbul etmirlər”, deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, bununla hamıya, o cümlədən ermənilərin havadarlarına aydın olub ki, işğal olunmuş Azərbaycan torpaqları azad edilməyincə bölgədə davamlı sülh olmayacaq, sərhədlər açılmayacaq, əməkdaşlıq baş tutmayacaq və Bakıdan gizli və Bakının hesabına olan separat, pərdəarxası sövdələşmələr heç kimə dividend gətirməyəcək.


488
Teqlər:
politoloq Rasim Musabəyov, Ermənistan-Türkiyə sərhədi, Vüqar Xəlilov, Rasim Musabəyov
Türkiyə hərbçiləri, arxiv şəkli

Qarabağda türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hansısa əngəl qalmayıb

226
(Yenilənib 17:57 02.03.2021)
Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzi ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin müəyyən mənada noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tadığını bildirib: “Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”.

Sputnik Azərbaycan Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinin önəmi ilə bağlı siyasi hərbi ekspert Elçin Axundzadənin fikirlərini öyrənib.

Ekspert bildirib ki, birgə Monitorinq Mərkəzinin yaradılması hərtərəfli olaraq Azərbaycanın xeyrinədir: “Bu, həm də digər dövlətlərə mesajdır ki, Azərbaycan tək deyil. Düzdür, de-fakto olaraq Türkiyə həmişə bizimlə idi. Bu Mərkəzin fəaliyyətə başlaması isə Türkiyənin Cənubi Qafqazdakı proseslərə de-yure qoşulmasını təsdiqləmiş oldu. Gələcəkdə zərurət olarsa, türk əsgərinin sayının artırılmasına hüquqi cəhətdən hər hansı əngəl qalmayıb. Digər tərəfdən bu Mərkəz ermənilərin hərəkətlərinə nəzarət etməklə yanaşı, sülhməramlı qüvvələrin də xidmətinin müşahidə altında saxlanmasını təmin edəcək. Mərkəzin nəzarət funksiyası dronlar vasitəsilə həyata keçiriləcək. Əgər bu dronlar erməni yaraqlılarını aşkar edərsə və ya üçtərəfli bəyannaməni zərbə altına alan hər hansı fakt aşkar olunarsa, müvafiq addımlar atılacaq”.

Elçin Axundzadə deyib ki, Mərkəzin fəaliyyətə başlaması həm də Ermənistana mesajdır. Onun sözlərinə görə, Ermənistan tərəfindən hər hansı təxribata yol verilərsə, rus və türk əsgərləri revanşist meyllərə qarşı aktiv müdaxilə edəcəklər: “Mövcud hüquqi baza da sülhməramlıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə addımların atılmasına imkan verir. Mərkəzin fəaliyyəti prezident İlham Əliyev tərəfindən irəli sürülmüş regional əməkdaşlıq platformasının qurulmasına imkan yaradacaq. Bu meqa iqtisadi layihənin gerçəkləşməsinin regional və iqtisadi önəmini qeyd etmək lazımdır. İşğaldan azad edilmiş Zəngilan ərazisinin iqtisadi mərkəzə çevrilməsi nəzərdə tutulur. Düzdür, hazırda Ermənistanda xaotik vəziyyət hökm sürsə də, bu ölkə də regional əməkdaşlığa dəvət edilib. Monitorinq Mərkəzinin fəaliyyəti bir neçə illiyə nəzərdə tutulub. Mövcud planlar göstərir ki, Mərkəz həm də bu əməkdaşlığın davamlılığını təmin etmək üçündür”.

Siyasi hərbi ekspert qeyd edib ki, Azərbaycan ərazisində rus sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələlərə prezident İlham Əliyev aydınlıq gətirdi:

“Sülhməramlıların fəaliyyəti Azərbaycan ərazisində başqa bir ölkənin hərbi bazasının qurulması demək deyil və onlar müvəqqəti fəaliyyət göstərəcəklər. Bildirməliyəm ki, hazırkı şəraitdə rus sülhməramlılarının burada olması və fəaliyyəti lazımlıdır. Məhz bu sülhməramlıların fəaliyyəti və nəzarəti altında ermənilər işğal altında saxladıqları üç rayonu boşaltdılar. Gələcəkdə azərbaycanlı köçkünlərin yurd-yuvalarına qayıtması prosesində təhlükəsizliyinin təmin edilməsi üçün də rus sülhməramlılarından istifadə ediləcək”.

“Azərbaycan bir çox maraqların toqquşduğu məkanda yerləşir. Qarşıdakı illərdə maraqlı proseslərin cərəyan edəcəyi gözlənilir. Bu baxımdan Prezident İlham Əliyev münaqişənin həll edilməsinə baxmayaraq Azərbaycanın ordu quruculuğunu davam etdiriləcəyini və yeni müasir silahlar əldə ediləcəyini bildirdi”, - deyə E.Axundzadə bildirib.

226
Teqlər:
əsgər, Azərbaycan, sülhməramlılar, Türkiyә, Qarabağ
Erməni hərbçiləri, arxiv şəkli

Rusiyalı hərbi ekspert: "Ermənistan Qarabağ müharibəsi zamanı hərbi cinayət törədib"

60
(Yenilənib 14:29 02.03.2021)
Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 mart — Sputnik. Ermənistan Qarabağ müharibəsi zamanı raket sistemlərindən Azərbaycan şəhərlərini vurmaq üçün istifadə edib. Beynəlxalq hüquq baxımından bu, hərbi cinayətdir. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.

"Çoxları deyirlər ki, müharibə zamanı bu və ya digər tərəf bir-birlərinin mülki obyektlərini vurub. Lakin burada çox önəmli nüans var. Əməliyyatlar döyüş zonasında gedən zaman vəziyyətdən asılı olaraq bu və ya digər silah sisteminin tətbiq edilməsi barədə qərar hərbi hissə və bölüyün komandiri tərəfindən verilir. Ona görə də bu vaxt döyüş əməliyyatları zonasında mülki obyektlərin vurulmasını istisna etmək olmaz", - deyə Koretçenko qeyd edib.

Rusiyalı ekspert vurğulayıb ki, raket sistemlərinə, xüsusilə operativ-taktiki sistemlərinə gəldikdə isə bunun üçün ölkə rəhbərliyinin razılığı lazımdır: "Bundan sonra hərbçilər uçuş tapşırığını hazırlayırlar. Bu uçuş tapşırığı raketin kompüterinə daxil edilir, hazırlıq görülür və raket buraxılır. Buna görə də Ermənistan tərəfindən Azərbaycana raket zərbələri vurulan zaman yaradılan uçuş tapşırıqlarının hərbi obyektləri deyil, məhz şəhərləri vurması nəzərdə tutulurdu. Nəzərə alsaq ki, müasir raket kompleksi hədəfə dəydiyi zaman böyük dağıntılara səbəb olur, Azərbaycanın iki şəhərinə Ermənistanın operativ taktiki raketlərlə hücum etməsi müharibə cinayətidir. Bu aksiyaların heç bir bəraəti ola bilməz".

60
Teqlər:
cinayət, hərbi, Ermənistan, Azərbaycanlı, Qarabağ, Sputnik, müsahibə, İqor Korotçenko
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

342
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

342